Məhkəmə qərarları › İş №3(018)-617/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-617/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-617/2025 12.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 EQ/27127300 saylı və ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X2 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, EQ/27127300 saylı və ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X2 şikayətinin təmin edilməsi və avtomobilinin üzərinə qoyulan həbsin götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şikayət verən şəxs X2 məhkəməyə ünvanladığı şikayətində göstərmişdir ki, onun 50 yaşı var, tək anadır və bir qız övladı vardır. Rəsmən heç bir yerdə işləmir. Ailəsinin keçimini yaxın qohuməqrabanın hesabına təmin edir. Təqribən 4 il bundan əvvəl doğma qardaşı onun adına "Hundaisonata" markalı, dövlət qeydiyyat nişanı ** BG *** olan avtomobili almışdır ki, ailənin problemlərini həll etməkdə çətinlik çəkməsin. Onu da qeyd edir ki, 2015-ci ildən sürücülük vəsiqəsi əldə etdikdən sonra sözügedən avtomobili məhz bu məqsədlə idarə edirdi. 2023-cü ildə həmin avtomobili etibarnamə ilə müvəqqəti idarə etmək üçün Zamiq Həsənova vermişdir ki, övladını Bakı şəhərinə həkim müayinəsinə aparmaq üçün idarə etsin. Bir müddət övladı ilə məşğul olduğu üçün Zamiq Həsənovun digər vaxtlarda avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması və kifayət qədər cərimələnməsindən xəbərsiz olmuşdur. Aprel 2025-ci il tarixdə özü avtomobili idarə edərkən sürət həddini aşdığına görə radara düşmüş və inzibati xəta haqqında adına iki dəfə 10 manat olmaqla cərimə yazılmışdır. Bununla bağlı Astara Rayon Polis Şöbəsinin YPX bölməsinə müraciət etmişdir. YPX əməkdaşları ona bildirmişlər ki, əvvəl etibarnamə verdiyi Zamiq Həsənovun adına olan 1000 manatdan artıq cərimə də onun adına yazılıb. Beləliklə, özü avtomobili idarə etdiyi zaman yol verdiyi sürət həddinin aşılmasına görə 20 manatlıq cərimə başqa bir şəxsin cəriməsi hesabına 1000 manatdan artıq olmuşdur. Odur ki, inzibati tənbehvermə haqqında tərtib edilən EQ/27127300 saylı və*******saylı (protokolun nömrəsi silinmişdir) protokolların ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə məlumat verilsə də, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialında olan xx.xx.2025-ci il tarixli, EQ/27127300 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsinin tələbini pozmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 EQ/27127300 saylı və ********** saylı ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti üzrə 3(018)-617/2025 saylı iş üzrə məhkəmə baxışına xitam verilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati xəta haqqında prorokoldan verilən şikayətə məhkəmədə baxılması nəzərədə tutulmadığından, X1 EQ/27127300 saylı və ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti geri qaytarılmalı və şikayət vermiş şəxsə- Azərbaycan Respublikası DİN-nə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X1 xx.xx.2025-ci il tarixli, EQ/27127300 saylı və ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti üzrə 3(018)-617/2025 saylı iş üzrə məhkəmə baxışına xitam verisin. X1 xx.xx.2025-ci il tarixli, EQ/27127300 saylı və ********** saylı (protokolun nömrəsi silinmişdir) inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayəti geri qaytarılsın və şikayət vermiş şəxsə Azərbaycan Respublikası DİN-nə şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar