Məhkəmə qərarları › İş №3(018)-618/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-618/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-618/2025 28.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, X1 EQ/2719343 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə baxmağa hazırlıq zamanı, MÜƏYYƏNETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində İnzibati Tənbeh vermə haqqında tərtib edilən EQ/2719343 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Göründüyü kimi şikayət ərizəsinə əlavə edilmiş EQ/2719343 nömrəli qərar ilə X3 cərimə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraatı rədd edən hallar mövcud olduğundan X1 şikayəti geri qaytarılmalıdır. Natamamlıqlar aradan qaldırıldıqdan sonra şikayətçi Qanunvericiliyə uyğun qaydada yenidən məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 EQ/2719343 nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar