Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-622/2025 29.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan şəxs Şəxsnun iştirakı ilə xx.xx.1969-cu ildə Astara rayon, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN (xxxxxxx), ailəli, "Astara Rayon Mərkəzi Xəstəxanasi" X6 mama vəzifəsində işləyən, Astara rayon, Siyaku kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara RPŞ-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində X4 sahə rəisi Kamran Rəhimov tərəfindən 29 avqust 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Şəxs aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs uca səslə ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə protokol tərtib edən şəxs Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə daxil olmuş məlumat əsasında polis əməkdaşları Astara rayonu, Siyaku kəndi ərazisinə getmişlər. Polis əməkdaşları həmin kənddə olan zaman qonşular Şəxs ilə Zərərçəkmiş şəxs işıq xətti səbəbdindən mübahisə edərək bir-birilərini nalayiq ifadələrlə təhqir etdiklərini görmüşlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Astara rayon, Siyaku kəndində yaşayır. Ailəlidir. Zərərçəkmiş şəxs ilə qonşudurlar. Zərərçəkmiş şəxs uzun müddətdir onların işıq xəttindən istifadə edir. Həyətlərindəki su motoru yandığından Zərərçəkmiş şəxs onların işıq xəttindən çəkmiş olduğu xətti elektrik işçisi çağıraraq kəsdirmişlər. Bu səbəbdən Zərərçəkmiş şəxs Tik-Tok sosial şəbəkəsində onun əri ilə bağlı paylaşım etmişdir. Həmin paylaşıma görə əsəbləşərək Zərərçəkmiş şəxs evinə getmişdir lakin həmin zaman Zərərçəkmiş şəxs evdə olmamışdır. Sonradan Zərərçəkmiş şəxs küçədə görmüşdür və əsbi olduğundan uca səslə Nailə iradın bildirmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə aralarında işıq xəttinə görə mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Şəxs onu təhqir etmişdir.Hazırda heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə protokol tərtib edən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini , barəsində inzibati icraat aparılan şəxsin qismən etirafını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi sübuta yetirilir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – aşağı həddə cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-622/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-622/2025
29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver