Məhkəmə qərarları › İş №3(018)-63/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-63/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-63/2024 14.02.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 275.4-cü maddələri ilə Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Astara Gömrük İdarəsi Skanlaşdirma şöbəsindən daxil olmuş 3-33-/3-1- 005401/2023nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma aparilaraq müəyyən edilmişdir ki, lran lslam Respublikasından "Azərbaycan Respublikası Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-nin ünvanına göndərilən yükü müşaiyət edən 141 nömrəli invoysa əsasən “Calsium Carbonat” və “Nailex” adlı, qalınlığı 18 mikron (0.018 mm)olan, polietilen əsaslı, rəngsiz, şəffaf qulplu, düzbucaqli formali torbalar yükü yüklənmiş 29020617 nömrəli yük vaqonu gömrük nəzarəti zamanı "Astara Dəmiryolu" gömrük postunun inzibati ərazisində yerləşən "HCVT 6029” markali stasionar rentgen qurğusundan keçən zaman şübhəli cizgilər müşahidə edildiyindən həmin vaqona gömrük yoxlamasi tədbiq edilmişdir. Yoxlama zamanı yükəaid xx.xx.2023-cü il tarixli 141 nömrəli invoysda 1-ci mal mövqeyində göstərilən, ümumi netto çəkisi 44800 kq olan "kalsium karbonat” yüklərinin yığıldığı 28 kisə boşaldılmış və həmin kisələrin içərisindən "kalsium karbonat" yükünün altından hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisə “polietilen” yükü aşkar edilmişdir. Həmçinin 141 nömrəli invoysda 2-ci mal mövqeyində “Nailex” adlı, qalinlığı 18 mikron (0.018 mm) kimi qeyd edilən, polietilen əsaslı, rəngsiz,şəffaf, düzbucaqlı formalı torbaların qalınlığı şübhə doğurduğu ücün həmin torbalardan götürülmüş nümunələr 3-33-1300/2-001949/2023 nömrəli məktubla Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi X1 İdarəsinə göndərilmişdir. Yoxlama başa çatdıqdan sonra 29020617 nömrəli vaqonda aşkar edilmiş əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisədə ümumilikdə 11000 (on bir min) kq “polietilen” yükü, həmçinin qalınlığı şübhə doğurduğu üçün "Nailex” adlı, qalınlığı 18 mikron (0.018 mm) kimi qeyd edilən ,polietilen əsasli, rəngsiz, şəffaf qulplu,düzbucaqli formalı polietilen torbalar araşdırma aparılıb müvafiq qərar verilənə qəder Azərbaycan Dəmiryollari MMC-yə məxsus saxlanc anbarında gömrük təminatı altına alinaraq gömrük nəzarəti altına saxlanılmışdır. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 275.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 dekabr 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisədə ümumilikdə 11000 (on bir min) kq “polietilen” yükü, həmçinin qalınlığı şübhə doğurduğu üçün "Nailex” adlı, qalınlığı 18 mikron (0.018 mm) kimi qeyd edilən ,polietilen əsasli, rəngsiz, şəffaf qulplu,düzbucaqli formalı polietilen torbalar gömrük postunun anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan X1 idarəsindən daxil olmuş 3-33-5300/2-006341/2023 nömrəli xx.xx.2023-cü il tarixli ekspertiza rəyindən məlum olur ki, əsasən kalsium karbonat adı ilə bəyan edilmiş yūk narkotik vasitələrin, psixotorp maddələrin, onlarin prekursorlarının, habelə güclü təsir edən vəzəhərli maddələrin siyahısına daxil deyildir. Azərbaycan Respublikasi Dövlət Gömrük Komitəsi Markezi Gömrük Ekspertiza ldarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33-5300/2-006341/2023 ekspert rəyində 141 nömrəli invoysda 2ci mal mövqeyində "Nailex"adli, qalinliği 18 mikron (0.018 mm) kimi qeyd edilən,polietilen əsaslı, rəngsiz,şəffaf, düzbucaqli formali torbalardan teqdim edilmiş nümunələrin qalınlıq dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir.

1. Hər biri 24 kq_olmaqla 237 kisə, ümumilikdə_5688 kq və hər biri 24,75 kq_olmaqla 155 kisə ümumilikdə_ 3836.25 kq “Nailex" adli, qalinliği 19 mikron (0.019 mm) olan, polietilen (CAS 9002-88-4) əsasli torba,

2. Hər biri 18 kq olmaqla 225 kisə, ümumilikdə 4050 kq "Nailex” adlı, "Nazli" nişanli,galinliği 9 mikron (0.009 mm) olan, polietilen (CAS 9002-88-4) əsasli rəngsiz, şəffaf,düzbucaqli formali, qulplu torba,

3. Hər biri 18 kq olmaqla 50 kisə, ümumilikdə 900 kq və hər biri 15 kq olmaqla 251kisə,ümumilikdə 3765 kq “Nailex” adlı, “Eftekhar” nişanlı, qalinliği 7 mikron (0.007 mm) olan,polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, düzbucaqli formali, qulpsuz torba,

4. Hər biri 15 kq olmaqla 92 kisə, ümumilikdə 1380 kq "Nailex" adli, "Asena" nişanlı,galinliği 10 mikron (0.010 mm) olan, polietilen (CAS 9002-88-4) əsasli, rəngsiz, səfaf.düzbucaqli formali,qulpsuz torba

5. Hər biri 23 kq_olmaqla 25 kisə, ümumilikdə 575 kq "Nailex" adli, "Gozal" nişanli,qalınliği 20 mikron (0.020 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, səffaf düzbucaqli formali, qulpsuz torba. Arasdırma ilə müəyyən edilmişdir ki, “Nailex” adlı, "Nazli" nişanli, qalınliği 9 mikron (0.009 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı hər biri 18 kq olmaqla 225 kisə, ümumilikdə4050 kq, "Nailex" adli, "Eftekhar" nişanli, qalinliği 7 mikron (0.007 mm) olan, polietilen (CAS 9002-88-4) əsaslı, rəngsiz, şəffaf, düzbucaqlı formalı, qulpsuz, 2 növ torba- hər biri 18 kq olmaqla 50 kisə, ümumilikdə 900 kq və hər biri 15 kq olmaqla 251 kisə,ümumilikdə 3765 kq "Nailex” adlı, “Asena” nişanlı, qalınlığı 10 mikron (0.010 mm) olan, polietilen (CAS 9002-88-4)əsasli, rəngsiz, şəffaf, düzbucaqlı formalı, qulpsuz torba hər biri 15 kq olmaqla 92 kisə.ümumilikdə 1380 kq polietilen torba yükünün qalınlığı “Ətraf mühitin mühafizəsi haqqinda"AZƏRBAYCAN RESPUBLiKASİNİN QANUNUNUN 46-cİ maddəsinin (Qalinliği 15mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab vəstəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır) tələblərini pozmuşdur və bu səbəbdən fakt üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinin tərkib əlamətləri yaranmışdir. İş materiallarında olanAzərbaycan Respublikasi Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizasi Mərkəzi"nin Lənkəran Regional" bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 19/1036 No-li ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş, gömrük nəzarətinə bəyan edilməyən üzərində "POLY ETHYLENE LLDPE” yazısı olan, hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisədə 11000 kq "polietilen” yükünün xx.xx.2023-cü il tarixdə olan orta bazar qiyməti 18700(on səkkiz min yeddi yüz) manat, gömrük nəzarətinə düzgün bəyan edilmiş "Nailex" adli hər biri 24 kq olmaqla 237 kisə torba yükünün xx.xx.2023-cü il tarixdə olan orta bazar qiyməti 14788.80 (on dörd min yeddi yüz səksən səkkiz manat səksən qəpik) manat, "Nailex" adli hər biri 24,75 kq olmaqla 155 kisə torba yükünün xx.xx.2023-cü il tarixdə olan orta bazar qiyməti 9974,25 (doqquz min doqquz yüz yetmiş dörd manat iyirmi beş qəpik) manat, "Nailex" adli "Gozal”nişanlı hər biri 23 kq olmaqla 25 kisə torba yükünün xx.xx.2023-cü il tarixdə olan orta bazar qiymətinin 1150 (bir min yüz əlli) manat olduğu müəyyən edilmişdir. Ekspertiza rəyinəasasən ekspertiza tədqiqatına təqdim edilmiş, qalınlığı 15 mikrondan aşağı olan digər polietilen torbaların qiymətləri barədə_məlumat _olmadiğindan qiymətləndirmə aparmaq mümkün olmamişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə –inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda –inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qeyd eilənləri nəzərə alaraq, hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməli, gömrük nəzarətinə bəyan edilməyən üzərində "POLY ETHYLENE LLDPE” yazısı olan, hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisədə 11000 kq "polietilen” yükünün 18 noyabr 2023-cü il tarixdə olan orta bazar qiymətini təşkil edən 18700 (on səkkiz min yeddi yüz) manat pul məbləğinin 40 (qırx) faizi məbləğində 7480 (yeddi min dörd yüz səksən) manat cərimə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 275.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələrinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində nəzərdə tutulmuş qaydada, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən inzibati xətanın predmeti olan və Astara Gömrük postunun inzibati binasında yerləşən anbarda saxlanılan gömrük nəzarətinə bəyan edilməyən üzərində "POLY ETHYLENE LLDPE” yazısı olan, hər biri 25 kq olmaqla, ümumilikdə 440 kisədə 11000 kq "polietilen” yükünün 18 noyabr 2023-cü il tarixdə olan orta bazar qiymətini təşkil edən 18700 (on səkkiz min yeddi yüz) manat pul məbləğinin 40 (qırx) faizi miqdarında 7480 (yeddi min dörd yüz səksən) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar