Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-640/2024 02.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Şəxs 08 iyun 2024-cü il tarixdə Sahil Mühafizəsinin 1-ci (Astara) Sahil nəzarəti şöbəsinin “Balıqçılar” SNB-nin xidməti ərazisində sərhəs sularında su-sərhədboyu rejim qaydalarını pozaraq bort nömrəsiz “Kazanka” tipli, “Yamaha-40” mühərrikli, heyət üzvü 2 nəfərdən ibarət olan üzmə vasitəsi saxlanılmışdır. Üzmə vastəsinin heyət üzvü Lənkəran rayonun Balıqçılar qəsəbəsinin sakini Şəxs icazəsiz rejim sularına çıxdığı izah olunaraq 5ci (Balıqçılar) SNB-yə dəvət olunmuşdur. Lakin, Şəxs SNB-yə getməkdən, ilzahat verməkdən imtina etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs 12 iyun 2024-cü il tarixdə Sahil Mühafizəsinin 1-ci (Astara) Sahil nəzarəti şöbəsinin “Balıqçılar” SNB-nin xidməti ərazisində sərhəs sularında su-sərhədboyu rejim qaydalarını pozaraq bort nömrəsiz “Kazanka” tipli, “Yamaha-40” mühərrikli, heyət üzvü 2 nəfərdən ibarət olan üzmə vasitəsi saxlanılmışdır. Üzmə vastəsinin heyət üzvü Lənkəran rayonun Balıqçılar qəsəbəsinin sakini Şəxs icazəsiz rejim sularına çıxdığı izah olunaraq 5ci (Balıqçılar) SNB-yə dəvət olunmuşdur. Lakin, Şəxs SNB-yə getməkdən, ilzahat verməkdən imtina etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat idarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-640/2024 nömrəli iş bir icraatda 3(018)-637/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-640/2024 nömrəli iş bir icraatda 3(018)-637/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-640/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-640/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver