Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-650/2024 08.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Şəxs barəsində Astara rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinin icraatına Astara rayon prokurorluğundan Astara rayonu Tüləgüvan kənd sakini Şəxs barəsində tərtib edilmiş 24-1-2-2/406-1154-1 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli 24-1-2-2/406-1154-1 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, fiziki şəxs Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl etməyib “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.26 bəndinin tələblərini, yəni iş sahəsində kənarları məhəccərlə bağlanmamış ayaqaltının istifadəsinə yol verilməməsi və hündürlükdə işləyən işçinin qoruyucu kəmərlə təmin edilməsi tələblərini pozması nəticəsində xx.xx.2024-cü il tarixdə Astara şəhəri C.Qurbanzadə küçəsində yerləşən "Balıqçı Abi" iaşə obyektində təmir işləri görən fiziki şəxs Zərərçəkmiş şəxs hündürlükdən yıxılaraq sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya aid QKBT, baş beyinin orta dərəcəli əzilməsi, başın təpə nahiyəsində əzilmiş yara xəsarətləri almasına səbəb olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Astara rayon prokurorluğuna və Şəxs lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, habelə işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Astara rayon prokurorluğunun nümayəndəsinin və Şəxs iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3837 nömrəli ekspertiza rəyindən görünür ki, Astara şəhəri ərazisində yerləşən "Balıqçı Abi" adlanan iaşə obyektinin təmir işləri aparılan iş sahəsində kənarları məhəccərlə bağlanmamış ayaqaltının istifadəsinə yol verildiyinə və hündürlükdə işləyən işçi qoruyucu kəmərlə təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26 bəndinin tələbləri pozulmuşdur. Astara şəhəri ərazisində yerləşən "Balıqçı Abi" adlanan iaşə obyektinin təmir işləri aparılan iş sahəsində kənarları məhəccərlə bağlanmamış ayaqaltının istifadəsinə yol verildiyinə və hündürlükdə işləyən işçi qoruyucu kəmərlə təmin edilmədiyinə görə, «Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 2.26 bəndinin tələbləri obyektdə təmir işlərinin aparılması zamanı əməyin mühafizəsi qaydalarının təmin edilməsini üzərinə götürmüş şəxs(lər) tərəfindən pozulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Təsvir olunanları ümumiləşdirərək məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-650/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-650/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver