Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-652/2024 05.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və hakim köməkçisi X3 oğlunun katibliyi ilə, xx.xx.1972-ci il tarixdə Astara rayonun, Təngərüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 552-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 17 iyul 2024-cü il tarixində Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin tərəfindən AR İXM-nin 552-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, idarə etdiyi Qazel yük markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşıma göstərərkən qanunla müəyyən edilmiş sənədi təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxış iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun tərtib olunmuş 17 iyul 2024-cü il tarixli MN ******* protokoldan xəbəri yoxdur. **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtonibillə heç bir yükdaşıma fəaliyyəti ilə məşğul olmur. Barəsində tərtib edilmiş İXM-nin 552-ci maddəsinə əsasən inzibati xəta haqqında MN ******* nömrəli protokola xitam verilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında protokol tərtib etmiş Azərbaycan Respublkası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (protokol tərtib etmiş şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq, haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) protokol tərtib etmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İXM-nin 552-ci maddəsində avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olma, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında işdə onun iddia etdiyi halı inkar edən sübutlar olmalıdır; belə sübutlar isə yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci madəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrini göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov ASTARARAYONMƏHKƏMƏSİ AZ 0700 Astara şəhəri, H.Əliyev prospekti, 07 Tel:(025 22) 5-24-30, Faks: (025 22) 5-24-40 № 3(018)-523/2019 16 oktyabr 2019-cu il Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Lənkəran Regional Şöbəsinə Ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi 75 X2 Ünvan: Lənkəran rayonu, Siyavar kəndi Astara rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 3(018)-523/2019 saylı qərarı məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəq (qərarın surəti) Astara rayon Məhkəməsinin sədri: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-652/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-652/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver