Məhkəmə qərarları › İş №3(018)-669/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-669/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-669/2024 15.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X18 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X10 nümayəndəsi Vəkil iştirakı ilə, X10 nümayəndəsi və vəkili Vəkil Astara Gümrük İdarəsinin rəisi X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X1 nümayəndəsi və vəkili Vəkil Astara Gümrük İdarəsinin rəisi X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. Məhkəmədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X10 nümayəndəsi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi xx.xx.1980-ci il təvəllüdlü X13 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin rəisi X2 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli Qərarı ilə Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun barəsində inzibati təhbeh növündə dəyəri 160000 (bir yüz altmış min) Azərbaycan manatı təşkil edən "Linde C 4531 TL" markalı, 2010-cu il buraxılışlı, 90-E-601 dövlət qeydiyyat nişanlı özügedən avtoyükləyicinin dəyərinin 50 faizi, yəni 80000,0 (səksən min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. X13 barəsində sözügedən Qərar qəbul edilərkən iş üzrə sübutlar düzgün qiymətləndirilməmişdir və nəticədə onun əməli Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmadığına görə, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli Qərar ləğv olunmaqla yeni Qərar qəbul olunmalıdır. Belə ki, X13 90-E-601 dövlət qeydiyyat nişanlı "Linde C 4531 TL" markalı texnikanı ölkə ərazisinə geri qaytarılması şərti ilə 2 (iki) il müddətində müvəqqəti ixrac xüsusi gömrük proseduru altında gömrük rəsmiləşdirilməsindən keçirilməklə İran İslam Respublikasına göndərilməsinin təmin olunması məqsədilə "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli 005/2022 nömrəli "Təmsilçilik müqaviləsi bağlamış, həmin müqavilənin şərtlərinə əsasən "xxxx" MMC X11 məxsus sözügedən nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli **********5233 sorğu nömrəli gömrük bəyannaməsi ilə "X6" adı altında bəyan etməklə gömrük rəsmiləşdirilməsindən keçirmiş, lakin qeyd edilən nəqliyyat vasitəsini 2 (iki) il müddətində müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilməsinə dair X10 Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinə ünvanlamış müvafiq müraciət məktubu əsasında deyil, naməlum şəxs və ya şəxslər tərəfindən sonradan hazırlanmış və müvəqqəti ixrac müddətinin 2 (iki) il deyil, 1 (bir) il göstərilməklə müraciət məktubu əsasında İran İslam Respublikasına müvəqqəti ixrac etmişdir. Beləliklə, həmin təhrif olunmuş məktub əsasında müvəqqəti ixrac müddəti 21.02 2023-cü il tarixində başa çatmış hesab olunmuş və "X6" adlı texnika Azərbaycan Respublikasının gömrük ərazisinə müəyyən olunmuş müddət ərzində geri qaytarılmaması qənaətinə gəlinmişdir. Sözügedən texnika xx.xx.2024-cü il tarixdə ölkə ərazisinə **********00063" mal barkodu altında daxil olmuş, xx.xx.2024 tarixində isə "**********2562" sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük proseduru altında rəsmiləşdirilərək ölkə ərazisinə qaytarıldıqda gömrük orqanları tərəfindən həmin texnika onun üçün verilmiş müvəqqəti ixrac gömrük proseduru müddətinin pozulduğu qənaətinə gəlinmişdir. Faktla bağlı Astara Gömrük İdarəsində "X6" adlı texnikaya müvafiq qaydada gömrük nəzarəti tətbiq edilməklə eyniləşdirmə tədbirləri aparılmış, nəqliyyat vasitəsinin aparıldığı vəziyyətdə, dəyişikliyə məruz qalmadan geri gətirildiyi müəyyənləşdirilmiş və bu barədə xx.xx.2024-cü il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə protokol tərtib olunmuşdur. Yoxlama başa çatdıqdan sonra araşdırma ilə əlaqədar zəruri sənədlər götürülmüş əe "X7” adlı texnika barədə müvafiq qərar qəbul edilənədək, sözügedən texnika hüquqpozma predmeti qismində Astara şəhərində yerləşən "Azerterminalkompleks" Birliyinin dayanacaq terminalında gömrük nəzarəti altında saxlanılmışdır. Qeyd olunan faktla əlaqədar hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən baş vermiş anlaşılmazlığa dair Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin təhqiqatçısına müvafiq açıqlama verilərək, sorğu-sual protokolu tərtib olunmuş və nəqliyyat vasitəsinin müvəqqəti ixrac müddətinin Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsidə nəzərdə tutulmuş müddətdə pozulması ilə bağlı onun heç bir təqsirinin olmadığı barədə zəruri məlumatlar verilmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs izahat verərək, gömrük rəsmiləşdirilməsini həyata keçirən "xxxx" MMC-nin hansı səbəbdən onun adından verilmiş məktubun dəyişdirilməsinin səbəbi barədə məlumatsız olduğunu, nəqliyyat vasitəsinin 2 il (iki) müddətinə geri qaytarılmalı olması barədə nəzarət tədbirlərini həyata keçirilməsini bildirmişdir. Eyni zamanda, həmin müraciət məktubunda mövcud olan imzanın ona məxsus olmaması da açıq aşkar müşahidə olunması səbəbindən icraatı aparan təhqiqatçı tərəfindən X10 imza nümunələri götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-4/970 nömrəli ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş X10 adından Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin kserosurətində "Rəşad Cəfərov" ifadəsinin qarşısında əks olunmuş imzanın sonuncuya məxsus olmadığı göstərilmişdir Lakin, işə baxan səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən bu xüsusat nəzərə alınmamışdır. Eyni zamanda, iş üzrə şahid qismində izahat verən "xxxx" MMC-də gömrük mütəxəssisi vəzifəsində işləyən X3 inzibati xəta haqqında iş üzrə verdiyi izahatda gömrük bəyannaməsini tərtib edilməsi prosesində vətəndaş Rəşad Cəfərovla heç bir əlaqəsinin olmadığı, müvafiq sənədlərin sonuncu tərəfindən ona bilavasitə verilmədiyi, sənədlərin ona hansı qaydada təqdim edildiyindən məlumatsız olduğu, gömrük bəyannaməsi tərtib edildikdən sonra məlumat məqsədilə Rəşad Cəfərova göndərilib-göndərilmədiyindən xəbərdar olmadığı, "xxxx" MMC-nə təqdim edilən üzərində Rəşad Cəfərovun adından Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin rəhbərliyinə ünvanlandığı qeyd edilmiş xx.xx.2022-ci il tarixli ərizədəki sonuncunun adından çəkilmiş imzanın faktiki olaraq kim tərəfindən çəkildiyini bilmədiyi kimi bir sıra xüsusatlar da müvafiq qərar qəbul edilərkən nəzərə alınmamışdır. Bundan əlavə, X8 izahatında qeyd etmişdir ki, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən müvəqqəti ixrac gömrük prosedurunun müddətinin bitməsinə müəyyən müddət qalmış Rəşad Cəfərovun əlaqə nömrəsi ilə bağlı gömrük əməkdaşı tərəfindən ondan məlumat istənilmiş və o da öz növbəsində Rəşad Cəfərovun elektron imza nömrəsini gömrük əməkdaşına təqdim etmişdir. Göründüyü kimi sözügedən texnikanın müvəqqəti ixrac müddətinin bitməsinə müəyyən müddət qalmış Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən hələ 2023-cü ildə bu fakt müəyyən edilsə də qarşı tərəfin məlumatlandırılması ilə bağlı gömrük əməkdaşları tərəfindən heç bir tədbir görülməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində qeyd edilən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri məhz bu halı özündə ehtiva edərək müəyyən edir ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu səbəbdən də Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin prinsiplərə əməl olunmamış, sözügedən faktın vaxtında müəyyən olunmasına baxmayaraq qarşısı alınmamışdır. Nəticədə, iş üzrə X10 Azərbaycan Respublikasnın İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi barədə mövcud olan bütün sübutlar işə baxan şəxs tərəfindən inzibati qanunvericiliyin ədalətlilik prinsipi pozularaq hüquqlarını müdafiə etdiyi şəxsin təqsiri kimi sadalanmış və sözügedən Qərarın "İş üzrə toplanmış materiallar" hissəsində Rəşad Cəfərovun əleyhinə "sübut" növündə qiymətləndirilmişdir. Nəzərə alınmalıdır ki, fakt üzrə icraat aparan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin təhqiqatçısı tərəfindən çoxsaylı prosessual pozuntulara yol verilməsi nəticəsində hüqularını müdafiə etdiyi Rəşad Cəfərovun müdafiə hüququ da kobud surətdə pozulmuşdur. Belə ki, icraatın başlanılması üçün əsas sayılan raport həmin gün deyil, 1 gün gecikdirilməklə qeydə alınmış, qeydə alındıqdan sonra isə İXM-nin 99-cu maddəsinin tələbləri pozulmaqla inzibati xəta haqqında iş üzrə araşdırma başlanılması barədə Qərardad xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Bundan əlavə işin icraatı zamanı İXM-nin 82.4-cü maddəsinin tələbləri də kobud surətdə pozularaq iş üzrə ekspertizanın təyin olunması qaydasına əməl edilməmiş, ekspertizanın təyin olunması haqqında qərardadı icraya göndərməmişdən əvvəl həmin qərardadla barəsində İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi qərardadla tanış etməmiş, onun hüquqlarını izah etməmişdir. Daha sonra İXM-nin 100-cü maddəsinin tələbləri kobud surətdə pozularaq inzibati xəta haqqında protokol barəsində icraat aparılan şəxsin iştirakı olmadan tərtib olunaraq, guya onun ünvanına göndərilmiş, hüquqlarını müdafiə etdiyi şəxsin protokola dair öz etiraz və vəsatətin verilməsi hüququ məhdudlaşdırılmışdır. Belə ki, iş üzrə icraat aparan Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin təhqiqatçısı inzibati xəta haqqında protokolu və işin digər materiallarını bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib etməmiş, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxsləri vaxtında və qanunvericiliklə müəyyən olunmuş qaydada məlumatlandırmmış, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair vəsatətlər və etiraz etmə hallarının yaranmasına zəruri və münbit şərait yaratmamışdır. Daha sonra, İXM-nin 109-cu maddəsi ilə müəyyən edilmiş işə baxılma haqqında Qərardadla barəsində icraat aparılan şəxsin tanış olması da təmin edilməmişdir. Bundan əlavə İXM-nin 61-ci maddəsinin tələblərinə də əməl edilməməklə, barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq hüququ pozulmuş nəticədə sözügedən işə baxılma hüquqlarını müdafiə etdiyi şəxsin iştirakı olmadan qəbul olunmuşdur. Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulması və süründürməçiliyə yol verilməsi (lüzumsuz araşdırma nəticəsində) səbəbindən "Linde C 4531 TL" markalı, 2010-cu il buraxılışlı, 90-E-601 dövlət qeydiyyat nişanlı özügedən avtoyukləyici 2 (iki) aydan artıq müddətdə qanunsuz olaraq gömrük orqanının müəyyən etdiyi yerdə saxlanılmış. tərəflərindən edilən müraciətlərə baxmayaraq texnikanın onlara vaxtında qaytarılması təmin olunmamışdır. Bu boşdayanmaya görə X11 hər ay 12000 (on iki min) Azərbaycan manatı olmaqla, bu günədək ümumilikdə 24000 (iyirmi dörd min) Azərbaycan manatından artıq məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarından bilavasitə sübut olunur ki, 2 (iki) il müddətinə sözügedən texnikanı müvəqqəti ixrac etmək niyyəti olan hüquqlarını müdafiə etdiyi X10 təqsiri səbəbindən sözügedən texnika (üç) ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli **********5233 sorğu nömrəli gömrük bəyannaməsi ilə sözügedən texnikanın 2 (iki) il müddətinə müvəqqəti ixrac olunduğunu bilən X13 həmin texnikanı xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmasını təmin etməli olduğu halda, sözügedən texnika ölkə ərazisinə xx.xx.2024 tarixində qaytarılmış və "**********2562" sorğu nömrəli gömrük bəyannaməsi ilə təkrar idxal gömrük proseduru altında bəyan edilmişdir. Bu səbəbdən də müəyyən olunur ki, X13 tərəfindən texnikanın müvəqqəti ixrac müddətinə 3 (üç) ayadək müddətə əməl edilməmiş və nəticədə qaytarılmalı olan nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda qalma müddəti 79 gün gecikdirilmişdir. Belə olan halda onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə deyil, 499.1.3-cü maddəsi ilə (bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmasına görə) tövsif edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9-cu maddəsi ilə ədalətlilik prinsipi müəyyən olunmuş və həmin maddədə qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Göründüyü kimi, yuxarıda qeyd olunan faktlar nəzərə alınmaqla inzibati xətalar qanunvericiliyinin ümumi prinsip qaydaları da pozulmuş və hüquqlarını müdafiə etdiyi Rəşad Cəfərovun barəsində qəbul olunan Qərar inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmamışdır. Eyni zamanda İXM-nin 31.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Lakin sözügedən X15 şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti və sairə hallar üzrə heç bir məqam müəyyənləşdirilməmişdir. Bundan əlavə, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin rəisi X2 fiziki şəxs X13 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli Qərarında İXM-nin 13-cü maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Halbuki işin faktiki halları və törədilmiş xətanın səbəb və şəraiti ona dəlalət edir ki, sözügedən fakt üzrə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində heç bir qəsdi olmamış və bu hal gömrük orqanı tərəfindən icraatı aparılan iş üzrə toplanmış sənədlərlə (barəsində icraat aparılan şəxsin izahatı, "xxxx" MMC-də gömrük mütəxəssisi vəzifəsində işləyən X4 izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-4/970 nömrəli ekspert rəyi) ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyənləşdirilmiş və onlara aşağıdakılar daxil edilmişdir 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm ehemiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması,135.1.2. hakimın, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallanna uyğun olmaması; 135.1.3 hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi. Görundüyü kimi, hüquqlarını müdafiə etdiyi X10 Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 499.15-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin rəisi X2 inzibatı tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli Qərarı işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və nəticədə inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 128 1-ci maddəsində qeyd olunmuşdur ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, huquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin rəisi X2 Azərbaycan Respublikasının vətəndaşı X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli Qərarın İXM-nin 134.1.2-ci maddəsinə əsasən ləğv edilərək, iş üzrə yeni qərarın çıxarılması təmin edilməsini xahiş edilmişdir. Astara Gümrük İdarəsinin rəisi X5 tərəfindən verilən etirazda göstərilir ki, Astara Gömrük İdarəsinin 00400/00776 saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində ümumi dəyəri 160000 (yüz altmış min) manat təşkil edən inzibati xətanın bilavasitə obyekti olmuş, buraxılış ili 2010-cu il olan, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL markalı özügedən avtoyükləyicinin dəyərinin 50%-i, yəni 80000 (səksən min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Qərarla razılaşmayan X10 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil Astara Gömrük İdarəsinin xx.xx.2024-cü il tarixli 00400/00776 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın AR İXM-nin 134.1.2-ci maddəsinə əsasən ləğv edilməsini və iş üzrə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, buraxılış ili 2010-cu il olan, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özügedən avtoyükləyici 2 (iki) il müddətində müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilməsinə dair R.X17 Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış müvafiq müraciət məktubu əsasında deyil, naməlum şəxs və ya şəxslər tərəfindən sonradan hazırlanmış və müvəqqəti ixrac müddətinin 2 (iki) il deyil, 1 (bir) il göstərilməklə müraciət məktubu əsasında İran İslam Respublikasına müvəqqəti ixrac etmişdir. Hesab edirik ki, şikayətinin dəlilləri tamamilə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, R. Cəfərov tikinti işlərinin aparılması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə "X9" MMC ilə icarə müqaviləsi bağlamış, icarə müqaviləsinin predmetini R.Cəfərovun mülkiyyətində olan, buraxılış ili 2010-cu il, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özügedən avtoyükləyici təşkil etməklə, texnikanın istifadə və dislokasıya yeri İran İslam Respublikasının Astara şəhəri, müqavilənin qüvvədə olma müddəti isə xx.xx.2022-ci il tarixinədək nəzərdə tutulmuşdur. Bu səbəbdən buraxılış ili 2010-cu il olan, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özügedən avtoyükləyicinin "müvəqqəti ixrac" gömrük proseduru altında rəsmiləşdirilməsi, həmçinin müvafiq gömrük əməliyyatlarının həyata keçirilməsi ilə bağlı R Cəfərovla "xxxx" QSC arasında xidmətin göstərilməsi haqqında müqavilə bağlanmış və bəyannamə onun adından gömrük orqanına təqdim olunmuşdur. R.Cəfərov ile "GBL Group MMC arasında bağlanmış 16.02 2022-cı il tarixli 005/2022 nömrəli Təmsilçilik müqaviləsinin şərtlərinə əsasən, müqavilənin 1.1-ci bəndinda Sifarişçinin tapşırığı ilə "Təmsilçi" idxal, ixrac, tranzit və digər gömrük prosedurları altında onun adından və öz adından rəsmiləşdirilməsi tələb olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, müqavilənin 211-ci maddəsinə əsasən isə malın mülkiyyətçisinin gömrük prosedurları altında yerləşdirilməli olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsini və gömrük əməliyyatlarını həyata keçirmək məqsədilə "Təmsilçini tələb olunan bütün zəruri müşayiət sənədləri ilə təmin edilməsini öhdəsinə götürmüş, müqavilənin 2.1.2-ci madəsinə əsasən isə qanunvericilikdə nəzərdə tutulan elektron gömrük xidmətlərindən istifadə etməklə elektron gömrük bəyannamələrini doldurmaq, elektron imza ilə təsdiq etmək və onun adından elektron sənədi gömruk orqanlarına göndərmək hüququnu Təmsilçi"yə həvalə olunmuşdur Daha sonra R.Cəfərov "xxxx" QSC-yə xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, onun AR Gömrük orqanlarında nümayəndəsi olmağını, onun adından adına gəlmiş istənilən yükü, istənilən yerdən qəbul etməyi, yükü boşaltmağı və təyinatı üzrə lazımi yerlərə göndərməyi, adından gömrük rəsmiləşdirilməsini aparmağı, bununla bağlı lazımi orqanlarda nümayandəsi olmağı, adından lazımı sənədləri təqdim etməyi, sənədləşdirmə işlərini aparmağı, rüsum ve ödənişləri etməyi, adından ərizələr verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmiş və etibarnamənin qüvvədə olması müddəti 31 12.2022-ci il tarixinədək nəzərdə tutulmuşdur Yuxarıda qeyd olunan "Təmsilçilik müqaviləsinin şərtlərinə əsasən, R.Cəfərovun sifarişi əsasında ona məxsus, buraxılış ili 2010-cu il olan, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özugedən avtoyükləyici 1 (bir) il müddətinə "müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilmiş və bəyannamə tərtib olunub sistemə əlavə olunmuşdur. R.Cəfərovun şikayətində qeyd etdiyi xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edirik ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçun tələb olunan və gömrük orqanına təqdim olunan sənəd gömrük bəyannaməsi hesab olunur (AR GM 10.11). R. Cəfərova məxsus özügedən avtoyükləyicinin "müvəqqəti ixrac" gömrük proseduru altında yerləşdirilməsinə əsas onun Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci tarixli müraciət ərizəsi deyil, xx.xx.2022-ci il tarixli **********5233 sorğu nömrəli gömrük bəyannaməsi olmuşdur. Məhz gömrük bəyannaməsi gömrük prosedurlarının həyata keçirilməsi üçün hüquqmüəyyənedici sənəd hesab olunur və müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayır. Sözügedən bəyannamənin "44"-cü qrafasından da müəyyən olunur ki, R.Cəfərov xx.xx.2023-cü il tarixinədək malların geri qaytarılmasına dair gömrük orqanına öhdəlik vermiş, lakin "müvəqqəti ixrac" gömrük prosedurunun müddətini pozaraq, malın ölkə ərazisinə gətirilməsini gecikdirmiş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli, 244 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"na uyğun malların "müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı gömrük orqanına müraciət etməmişdir. Bundan əlavə R.Cəfərovun ona məxsus, buraxılış ili 2010-cu il, 90-E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özügedən avtoyükləyicinin 1 (bir) il deyil, 2 (ik)) il müddətinə "müvəqqəti ixrac"xxxx"GBL Group QSC-yə iradə ifadəsinin bildirilməsi və sənədin naməlum şəxs və şəxslər tərəfindən dəyişdirilməsinə dair mülahizəsinə tənqidi yanaşaraq hesab edirik ki, şəxsin sözügedən mülahizələri özünü müdafiə xarakteri daşımaqla əsassızdır və heç bir mötəbər subutla təsdiqlənməmişdir. Belə ki, tikinti işlərinin aparılması ilə əlaqədar R. Cəfərovla "X9” MMC arasında bağlanmış icarə müqaviləsi 2 (iki) il müddətinə deyil, 1 (bir) il müddatinə, yəni 01 iyul 2022-ci il tarixinədək, tərəflərin müqaviləyə xitam vermək niyyəti ilə bağlı digərinə müvafiq yazılı bildiriş yönləndirmədikdə, növbəti 1 (bir) il müddətinə uzadılması şərti bağlanmışdır. Yəni müqavilənin müddətinin gələcəkdə uzadılıb-uzadılmaması müəyyən şərtlə əhatə olunduğundan, sözügedən şərtə riayiət olunaraq, müqavilənin müddətinin uzadılacağı R.Cəfərova qabaqcadan bəlli olması istisna olunmalıdır. Belə olan halda sual yaranır: R.Cəfərov ona məxsus buraxılış ili 2010-cu il, 90- E-601 dövlət qeydiyyat nişanlı "LİNDE C4531 TL" markalı özügedən avtoyükləyicinin izahatında qeyd etdiyi kimi 2 (iki) il müddətindən də, uzun müddətə İran İslam Respublikasının ərazisində tikinti işlərin aparılması ilə əlaqədar müvəqqəti ixrac olunması barədə niyyətinin olduğu halda, niyə icarə müqaviləsini 2 (iki) il müddətinə deyil, 1 (bir) il muddətinə bağlamışdır? Həmçinin xx.xx.2024cü il tarixli 3-16-16/2-4/970 №-li ekspert rəyində "Rəşad Cəfərov sözlərinin qarşısında əks olunmuş imzanın X13 tərəfindən icra olunmaması şəxsin təqsirliliyi məsələsinı aradan qaldıran hal kimi qiymətləndirilməməlidir. Bundan əlavə Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış 13.01 2022-ci tarixli ərizənin R. Cəfərov tərəfindən imzalanıbimzalanmamasını səlahiyyəti orqanın şübhə altına alması və imzanın mübahisələndirməsi absurd olardı. Qeyd olunanlar onu deməyə əsas verir ki, R.Cəfərovun "xxxx" QSC-ne həvalə etdiyi tapşırığın düzgün icra edilməməsi hazırki inzibati xəta haqqında məsuliyyəti aradan qaldıran hal sayıla bilməz. Tapşırığın düzgün icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi ilə bağlı məsələlər mülki qanunvericiliklə həli olunmalıdır. Əlavə olaraq şikayətdə qeyd olunmuşdur ki, R.Cəfərovun müdafiə hüququ da kobud surətdə pozulmuş, inzibati xəta haqqında protokol barəsində icraat aparılan şəxsin iştirakı olmadan tərtib olunmuş, guya onun ünvanına göndərilmiş,R.Cəfərovun protokola dair öz etiraz və ya vəsatətinin verilməsi hüququ məhdudlaşdırılmış, işə baxılmasının yeri ve vaxtı barədə işdə iştirak edən şəxslərə vaxtında və qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat verilməmiş, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola dair vəsatətlər və etiraz etmə hallarının yaranmasına zəruri və münbit şərait yaradılmamış, həmçinin işə baxılma haqqında qərardadla barəsində icraat aparılan şəxsin tanış olması təmin edilməmiş inzibati tənbeh vermə haqqında qərardad şəxsin iştirakı olmadan qəbul olunmuşdur. Şikayətçinin qeyd edilən mövqeyinə münasibətdə məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması ve inzibati araşdırma aparılması haqqında qerardad qəbul edilmiş, aparılan araşdırma ilə əlaqədar xx.xx.2024-cü il tarixdə müvafiq prossesual hərəkətlərdə iştirak etmək sübutlar təqdim etmək və sənədlərin surətinin alınması ilə bağlı R.Cəfərovun qeydiyyatda olduğu ünvan 1 ünvanına bildiriş göndərilmiş. həmçinin R. Cəfərova məxsus ***-***-**-** saylı nömrə ilə əlaqə saxlanılaraq məlumat verilmiş, bundan əlavə AR İXM-nin 60.4-cü maddəsinə əsasən R.Cəfərova SMS vasitəsi ilə əlavə məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta haqqında icraatda iştirak etməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.Cəfərov, həmçinin onun nümayəndəsi və vəkili V. İbadov inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmiş, onun izahatı alınmış və iş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin olunması ilə əlaqədar imza nümunələri götürülmüşdür. Aparılan araşdırma ilə əlaqədar xx.xx.2023-cü il tarixdə müvafiq prossesual hərəkətlərdə iştirak etmək üçün yenidən R.Cəfərovun qeydiyyatda olduğu ünvana məktub göndərilmiş, həmçinin R. Cəfərov və onun nümayəndəsi və vəkili Vəkil AR İXM-nın 60.4-cü maddəsinə əsasən telefon vasitəsilə məlumatlandırılmış, SMS vasitəsilə əlavə məlumat verilmiş, lakin R.Cəfərov, həmçinin onun nümayəndəsi və vəkili inzibati xəta haqqında icraatda iştirak etməmişdir. xx.xx.2024-cu il tarixdə R.Cəfərov barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, protokolun, həmçinin inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barəsində qərardadın surəti R.Cəfərovun qeydiyyatda olduğu ünvana sifarişli poçt göndərişi ila göndərilmiş, həmçinin R Cəfərov və onun nümayəndəsi və vəkili işə baxılmasının vaxtı və yeri barədə telefon vasitəsilə məlumatlandırılmışdır. xx.xx.2024-cü il tarixdə inzibatı xəta haqqında işə baxılmasında barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan R. Cəfərov, həmçinin onun nümayəndəsi və vəkili heç bir üzürlü səbəb təqdim etmədən iştirak etməmiş, işə baxılmanın təxirə salınması haqqında vəsatət daxil olmamış, səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılkan şəxs R.Cəfərovun iştirakı olmadan inzibati tenbeh etmə haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən və AR İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, fiziki şəxs X10 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin olunmaması və Astara Gömrük İdarəsinin 00400/00776 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsını xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə və X11 lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin və X10 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli AR-İİİ 298734 seriya və nömrəli etibarnamə sənədindən görünür ki, X13 etibarnamədə qeyd edilən səlahiyyətlərini xx.xx.2024-cü il tarixədək Vəkil etibar etmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EO-2385VK-2987/24 seriya və nömrəli vəkil orderindən görünür ki, Vəkil tərəfindən EM-2385VK-3959/24 saylı müqavilə əsasında X11 hüquqi yardım göstərilir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli bilinərək ümumi dəyəri 160000 (bir yüz altmış min) manat təşkil edən inzibati xətanın bilavasitə obyekti olmuş, buraxılış ili 2010-cu il olan, 90-E-601 dövlət qeydiyyat nişanlı, "Linde C4531 TL" markalı özügedən avtoyükləyicinin dəyərinin 50%-i, yəni 80000 (səksən min) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X10 nümayəndəsi Vəkil dinləyib, Astara Gümrük İdarəsinin rəisi X5 tərəfindən verilən etirazı və iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, inzibati Tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə göndərilməlidir. Belə ki, iş materialında olan “X9” MMC ilə fərdi sahibkar X13 arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsindən görünür ki, bu müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək bağlanılır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilənin bitmə tarixinədək tərəflərdən heç biri müqaviləyə xitam vermək niyyəti ilə bağlı digərinə müvafi yazılı bidiriş yönləndirmədiyi təqdirdə müqavilə avtomatik olaraq və yalnız bir dəfə növbəti 01 il müddətə uzadılmış hesab olunacağı qeyd edilmişdir. Bundan başqa "xxxx" MMC ilə fərdi sahibkar X13 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 4.1-ci maddəsindən görünür ki, bu müqavilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanılır. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilənin bitmə tarixinədək tərəflərdən heç biri müqaviləyə xitam vermək niyyəti ilə bağlı digərinə müvafi yazılı bidiriş yönləndirmədiyi təqdirdə müqavilə avtomatik olaraq hər dəfə növbəti 01 il müddətə uzadılmış hesab olunacağı qeyd edilmişdir. Həmçinin "xxxx" MMC-nə təqdim edilən üzərində Rəşad Cəfərovun adından Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin rəhbərliyinə ünvanlandığı qeyd edilmiş xx.xx.2022-ci il tarixli ərizədəki Rəşad Cəfərovun adından çəkilmiş imzanın faktiki olaraq kim tərəfindən çəkildiyini müəyyən edilməmişdir. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilərkən göstərilən və iş üzrə digər xüsusatlar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə görə, bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir; qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılması üçün əsasdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə X13 barəsində Astara Gümrük İdarəsinin rəisi X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli qərarın ləğv edilərək, yenidən baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə göndərilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-133 və 134-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: X13 barəsində Astara Gümrük İdarəsinin rəisi X2 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli 00400/00776 nömrəli qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar