Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-672/2025 11.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1962-ci il tarixdə Astara rayonu Alaşa kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Alaşa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 31 avqust 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 11 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 15 avqust 2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu, Alaşa kənd sakini Zərərçəkmiş şəxs Astara RPŞ-yə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Astara rayonu Alaşa kəndində küçədə həmkəndliləri Kamilə və qızı Aysel adlı şəxslər onunla şəxsi münasibətlər zəmnində mübahisə edərək, bədəninin müxtəlif nahiyəsinə yumruq və sillə zərbəsi vuraraq onu döyüdüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini bildirmişdir. Belə ki, o, qeyd etmişdir ki, Dost MMC-də süpürgəçi işləyir, Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər aralarında münasibətlər yaxşı olmuşdur, qərəzli münasibətləri olmamışdır, təxminən 2 il bundan əvvəl Lənkəran rayonu ərazisində yerləşən Bank of-baku bankından öz adına 3 il müddətinə 5000 manat kredit götürmüşdür, həmkəndlisi Kamran Ağayev ona zamin qalmışdır, həmin krediti 2 ildir ödəyir, bir ili qalmışdır, kreditdən 2 ay ödəməyə imkanı olmadığı üçün adına gecikmə düşmüşdür, bu səbəbdən bank işçiləri onun və Kamran Ağayevin evinə gəlmişlər, onlar gedəndən sonra 14 08.2025-ci il tarixində saat 15 radələrində Kamran Ağayevin arvadı Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə gələrək, "siz məndən niyə gizlin iş görmüsüz mənim xəbərim olmadan ərim Kamran sənə zamin qalıb” bildirdikdə o Zərərçəkmiş şəxs bildirmişdir ki, "Kamran mənə zamin qalıb, mən nə bilim ki, ərin bu barədə sənə məlumat verməyib”. Bundan sonra aralarında sözdə mübahisə yaranmış, mübahisə zamanı bir-birlərinin ünvanına nalayiq ifadələr işlətmişlər, daha sonra Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən çıxartmışdır, Zərərçəkmiş şəxs öz evinə getmişdir. Mübahisə zamanı onu döyməmiş, həmkəndlisi Zərərçəkmiş şəxs onun barəsində qərəzli müraciət etmişdir, mübahisəyə səbəb Zərərçəkmiş şəxs əri Kamran Ağayevin ona zamin qalması olmuşdur, mübahisə zamanı hadisə yerində kənar şəxs olmamışdır. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Kamilə və onun qızı Aysel adlı şəxslər onunla həmkəndlidirlər. Əvvəllər aralarında qərəzli münasibət olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman 3 nəfər şəxs həyətə gələrək bildirmişlər ki, "biz Bakıdan bankdan gəlmişik, sizin eriniz Kamranın Zamin qaldığı bu kənd sakini Kamilə adlı qadın bankdan 5000 manat götürdüyü krediti vermir, 93 gün gecikməsi var 600 manat faiz gəlib üstünə daha sonra əri Kamran Ağayev onlarla danışmışdır, həmin günü saat 15 radələrində həmkəndlisi Kamilə adlı qadının yaşadığı evin həyətinə getmiş, Kamilə adlı qadına bildirmişdir ki, “başqa adam tapa bilmədin mənim ərimin adına kredit götürmüsən?". Kamilə adlı qadın ona bildirmişdi ki, "sənin ərin kişi deyildir ki, sən bu qapıya gəlmisən, mən bilərəm Kamran bilər sən kimsən ki, bu qapıya gəlmisən”. Bundan sonra Kamilə adlı qadın onu əli ilə çölə itələyərək həyətindən çölə çıxardaraq ona bildirmişdir ki, “rədd ol mənim həyətimdən”. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Kamilə adlı qadın onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməyə başlamışdır. Onların səsinə qızı Aysel adlı şəxs də gələrək onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etmişdir. Şəxs onun bədəninin müxtəlif nahiyəsinə yumruq və sillə zərbəsi vuraraq döymüşlər. Mübahisə zamanı Şəxs onun azyaşı oğlu Salehin yaxasına əl atmış, onun üzərinə hücum etsikdə, ona "sən kimsən mənim xəstə uşağıma əl atırsan”. Bundan sonra Şəxs bədəninin müxtəlif nahiyəsinə, qollarına, boğazına cırmaq və sillə, yumruq zərbəsi vuraraq döymüşdür. Bununla yanaşı Aysel adlı qadın onun kürəyinə yumruq zərbəsi vuraraq saçından tutub dartmışdır. Mübahisə Astara rayonu Alaşa kəndində küçədə baş vermişdir, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 avqust 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Alaşa kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati icraat işinin açılmasından ötrü qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 canlı şəxsin ekspertizasının 16 avqust 2025-ci il tarixli, 214 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ said, sol bazu nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş 11 sentyabr 2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2025ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 canlı şəxsin ekspertizasının 16 avqust 2025-ci il tarixli, 214 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özünümüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs tərəfindən barəsində araşdırma aparılan dövrdə araşdırmanın düzgün aparılmaması ilə bağlı hər hansı prosessual hərəkətlər edilməmiş, hərəkətsizlik göstərilmiş bu da, bir daha şəxsin ifadəsinə özünümüdafiə kimi yanaşmaya əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-672/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-672/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver