Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-673/2024 02.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi hakim köməkçisi X5 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01 avqust 2024-cü il tarixdə saat 23:15 radələrində Astara RPŞ-nin DYPB-nin YPXB-nin əməkdaşları Astara şəhəri, 28 may küçəsində xidmətdə olduğu zaman BMW markalı 10NU800 dövlət qeydiyyat nişanlı avtomobil ətrafda olan insanların narahatlığına səbəb olacaq dərəcədə avtomobilin səs boğucu normativ tələblərini pozmaqla dəyişdirilmiş halda idarə edərək insanlara ciddi narahatlıq yaratdığını və həmin hərəkətləri ilə sürücünü ictimai asayişin pozduğunu aşkar etmişlər. Sürücü Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 79, mənzil 111-də qeydiyyatda olan Şəxs idarə etdiyi avtomobil müvəqqəti duracağa təmin edilmişdir. Həmin vaxt Şəxs polis əməkdaşları ilə mübahisə etmişdir ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş xırda xuliqanlıq hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 01 avqust 2024-cü il tarixdə, saat 23:15 radələrində Astara şəhəri, 28 may küçəsində özünəməxsus BMW markalı 10NU800 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olduğu zaman xidmətdə olduğu zaman Astara RPŞ-nin DYPB-nin YPXB-nin əməkdaşları onu saxlamışlar. Astara RPŞ-nin DYPB-nin YPXB-nin əməkdaşları ona avtomobilə əlavə avadanlıqlar quraşdırıldığını bildirmişlər. O, polis əməkdaşlarına avtomobilində heç bir əlavə avadanlıqlar olmadığını bildirmiş, bundan əlavə avtomobilin bütün sənədləri qaydasında olduğunu bildirmişdir. Amma polis əməkdaşları ona avtomobilini müvəqqəti duracağa yerləşdirməsini bildirmişlər, o isə öz növbəsində polis əməkdaşlarına yerində barəsində protokol tərtib edilməsini bildirmişdir. Buna baxmyaraq polis əməkdaşları ilə mübahisə etmişdir. Etdiyi inzibati xətanı başa düşüb gələcəkdə bu cür xətalara yol verməyəcəyinə dair söz verir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verir. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru X4 izahatında göstərdi ki, 01 avqust 2024-cü il tarixdə saat 23:15 radələrində Astara RPŞ-nin DYPB-nin YPXB-nin baş inspektoru X3 ilə Astara şəhəri, 28 may küçəsində xidmətdə olduğu zaman adı ona sonradan məlum olan Bakı şəhər sakini Şəxs BMW markalı 10NU800 dövlət qeydiyyat nişanlı avtomobilinə əlavə avadanlıq quraşdıraraq hərəkətdə olan zaman avtomobilin yüksək səs yaydığını görmüşdür. Həmin zaman avtomobilin sürücüsünə saxla işarəsi vermişlər. Daha sonra, sürcü avtomobili saxlyaraq onlarla mübahisə etməyə başlamışdır. Bu zaman sürücü avtomobili yüksəsk sürətlə idarə edərkən ətrafdakı insanların narahatlığına səbəb olmuşdur. Daha sonra Şəxs idarə etdiyi BMW markalı 10NU800 dövlət qeydiyyat nişanlı avtomobili Astara RPŞ-nin müvəqqəti duracağına yerləşdirlməsini təmin etmişdir. Məhkəmə iclası zamanı Astara RPŞ-nin DYPB-nin YPXB-nin baş inspektoru X3 şahid Astara RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru X4 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X1 izhatında göstərdi ki, 01avqust 2024-cü il tarixdə saat 23 radələrində Astara şəhərində yerləşən “Bulvar” ərazisində nəvələri ilə dincələn zaman BMW markalı 10NU800 dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək, yüksək səs yaydığını görmüşdür. Bu zaman, avtomobilin sürücüsü öz intizamsız hərəkətərinə davam etmiş, ətrafdakı insanların həyatı üçün təhlükə yatratmışdır. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Həmin Məcəllənin 13-cü maddəsinəəsasən inzibati xəta törətmişşəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinəşüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda,on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini, nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 03 (üç) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 02 avqust 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-673/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-673/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver