Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-68/2023 25.01.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi Əsədullayev İrfan İlyas oğlunun katibliyi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, 05 avqust 2000-ci ildə Astara rayonu, Siyaku kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 20 yanvar 2023-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Vaqo kənd yolunda hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında hərəkətdə olan X2 məxsus “Mitsubishi L200” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq maddi ziyana səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuşdur ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə, saat 13:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Vaqo kənd yolunda hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamadığından qarşısında hərəkətdə olan X2 məxsus “Mitsubishi L200” markalı **-BF- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşaraq maddi ziyana səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X3 vermiş olduğu izahatında göstərdi ki, 20 yanvar 2023-cü il tarixdə, saat 13:30 radələrində idarə etdiyi “Mitsubishi L200” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Astara rayonu, Vaqo kənd yolunda hərəkətdə olarkən “Vaz 2101” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan onun avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobilinə 120 manat məbləğində ziyan dəymişdir. Hazırda Şəxs qarşı şikayət və tələbi yoxdur. İş materillarında olan qüsur aktından görünür ki, Şəxs törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Mitsubishi L200” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 120 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığ hissi keçirməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hallardır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 25 yanvar 2023-cü il tarixdən, saat 15:25-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-68/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-68/2023
25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver