Məhkəmə qərarları › İş №3(018)-68/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-68/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-68/2024 25.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayon Giləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmaqla, Şəxs özünə məxsus VAZ-21043 markalkı ** BG *** dövlət qeydiyat nişanlı avtomaşını vardır və həmişə özü idarə edir. xx.xx.2024-cü il tarixdə axşamçağı xörək yeyən zaman spirtli içki də içmişdir. Həmin gün təxminən saat 22:10 radələrində adına olan VAZ-21043 markalkı ** BG *** dövlət qeydiyat nişanlı avtomaşınla Astara şəhəri istiqamətindən Astara rayonu Ərçivan qəsəbəsi istiqamətinə gedərkən “Yanar bulağın” yaxınlığında ondan qabaqda bir Təcili yardım avtomaşının getdiyini görmüş və tələsdiyindən onu ötüb keçərkən sürəti artdığından maşını keçsə də,avtomobili saxlaya bilməyib əks yola çıxmış və onunla üzbəüz gələn və Astara şəhəri istiqamətində hərəkət edən VAZ-2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və həmin avtomaşının sol qabaq hissəsi ilə toqquşduğundan hər iki maşın əzərək maddi ziyan vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Giləkəran kəndində yaşayır, üç övladı var, ııı qrup əlildir, ailəlidir, 3 anasız uşaq böyüdür və təzə ailəsindən bir qız övladı var. Zərəri ödəməyə maddi imkanı çatmır. Xahiş edir ki, göstərilənlər məhkəmə tərəfindən nəzərə alınsın. Məhkəmədə Zərərçəkmiş şəxs vermiş olduğu izahatında göstərdi ki, maşının zərərin sığorta 1/3 ödəyir və oda maşını düzəldə bilmir. Ekspert rəy verib ki, sığortaya 1/3 düşür. Şikayətçidir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Astara rayon PŞ-nin Yol polisi bölməsinin tərtib etdiyi İXP ******* saylı protokolundan məlum olur ki, Şəxs özünə məxsus “VAZ- 21043” markalkı ** BG *** dövlət qeydiyat nişanlı avtomaşını vardır və həmişə özü idarə edir. xx.xx.2024-cü il tarixdə axşamçağı xörək yeyən zaman spirtli içki də içmişdir. Həmin gün təxminən saat 22:10 radələrində adına olan “VAZ-21043” markalkı ** BG *** dövlət qeydiyat nişanlı avtomaşınla Astara şəhəri istiqamətindən Astara rayonu Ərçivan qəsəbəsi istiqamətinə gedərkən “Yanar bulağın” yaxınlığında ondan qabaqda bir Təcili yardım avtomaşının getdiyini görmüş və tələsdiyindən onu ötüb keçərkən sürəti artdığından maşını keçsə də,avtomobili saxlaya bilməyib əks yola çıxmış və onunla üzbəüz gələn və Astara şəhəri istiqamətində hərəkət edən VAZ-2107 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və həmin avtomaşının sol qabaq hissəsi ilə toqquşduğundan hər iki maşın əzilmişdir. “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyən etmək ücün tibbi müayinəyə göndərmək haqqında” protokoldan və “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə olan 548 saylı aktdan məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:25-də yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati materiala əlavə edilmiş 907 saylı avto sevisin ustası X1 aktından məlum olur ki, Zərərçəkmiş şəxs məxsus olan “VAZ-2107” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomaşına 3450 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə inzibati tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333,40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar