Məhkəmə qərarları › İş №3(018)-683/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-683/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-683/2023 14.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin 16 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin 16 iyun 2023-cü il tarixli , MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətindən məlum olur ki, onun tərəfindən İran İslam Respublikasından idxal edilmiş bibər məhsulu üçün sertifikatın alınmasına görə müraciət etsəm də, müraciətimə həmin gün ərzində cavab verilməli olduğu halda, cavab verilməmişdir. Bibər məhsulu da, yaş mal olduğuna görə uzun müddət saxlanılması mümkün olmadığı üçün mənim tərəfimdən satılmışdır. 15 gün keçdikdən sonra X4 həmin məhsula sertifikatin verilməsinin mümkün olmadığınıvə həmin məhsulların məhv eilməsi və ya ölkə ərazisindən çıxarılmasını məndən tələb etdi. Mən Agentliyə malların xarab olma təhlükəsinin olduğunu əsas gətirərək, tərəfimdən satıldığınıbildirdim.Mənim barəmdə, həm həmin məhsulu satdığıma, həm də,məhv etmədiyimə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2ci maddələri əsas tutularaq protokol tərtib olundu. Həmin protokola əsasən Azərbaycan Respublikasi Qida X3 Regional bölməsinin xx.xx.2023-cü il tarixli MN seriyali ******* nömrəli qərarı iləbarəmdə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasen 4000(dörd min) manat məbləğində inzibati cərimə tətbiq edildi. Həmin qərardan Nizami Rayon Məhkəməsinə verdiyimiz şikayət qərardadla geri qaytarılaraq, Astara Rayon Məhkəməsinəşikayət verməli olduğumuz bildirildi. Bundan əlavə, Azərbaycan Respublikası X4nin Bakı Regional bölməsi qanunu pozaraq ikinci dəfə eyni əmələ görəMN seriyali xx.xx.2023-ci il tarixli ******* nömrəli qərarla barəmdə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində inzibati cərimətətbiq edildi. Halbuki qeyd olunan məhsulları satdığıma görə həmin məhsulları məhv etmək imkanım xaricində idi. X6 Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən cərim ətətbiq olunmalı olduğu halda, hər iki maddə üzrə protokol tərtib olunmuş, lakin ən yüksək cəriməsi olan 544.2-ci maddə ilə cərimə tətbiq olunmuşdur. Həmin qərarla razı deyiləm.Ona görə ki, mallar satıldığına görə həmin malları məhv edə bilməzdim. Belə olan halda, düşünürem ki, mənə yalnız İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddesine əsasən cerime tetbiq olunmali idi. Agentliyə verdiyim izahatda da, malların satılmasını bildirmişəm.Bundan əlavə, qeyd edirəm ki,bundan əvvəl verdiyim şikayət, bir şikayətdə hər iki qərardan şikayət etdiyime görə Astara Rayon Məhkəməsinin 24.7.2023-cü il tarixli qərardadi ilə geri qaytarilmişdir. Ona görə də Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin 16 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 və Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin nümayəndəsi təkrar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat da verməmişdir. Belə olan halda məhkəmə onların iştirakları olmadan inzibati işə baxmağı mümkün hesab edir. Məhkəmə barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin 16 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X2 şikayət ərizəsində qeyd edilənləri təsdiq edən hər hansı bir subutu əlavə etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Barəsində inzibati tənbeh etmə qərar çıxarılmış X1 Azərbaycan Respublikası X4nin Bakı Regional Bölməsinin 16 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar