Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-685/2023 21.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1982-cü ildə Astara rayonu, Kakolos kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi, Astara rayonu, Kakolos kəndində qeydiyyatda olmaqla, yaşayan X13 barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi norma və qaydakarı üzrə biliyin yoxlanmasının keçirilməsini təmin etmədiyinə görə, "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X5 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 198.1.7-ci maddəsi ilə təqsirli bilinib inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarla 1000 (bir min) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X13 14 avqust 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X13 izahat verərək bildirdi ki, o, 18 aprel 2022-ci il tarixdən Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 198.1.7-ci maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. O, barəsində çıxarılmış qərarla razı deyildir. Belə ki, 2019cu ildən "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X5 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. O, vəzifəyə təyin olunan vaxtdan Birliyin işçilərinin əməyin mühafizəsi norma və qaydaları üzrə təhsilinin keçirilməsi, təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi üçün lazımı tədbirlər görmüşdür. Həmin hadisə vaxtı isə X5 nahar fasiləsi vaxtı öz fəaliyyəti nəticəsində iş görərkən həmin hadisə baş vermişdir. Nəticədə o, heç bir qanun pozuntusuna yol vermədiyi halda Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə olunmuşdur. Odur ki, o, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin nümayəndəsi X12 izahat verərək bildirdi ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023cü il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 may 2023-cü il tarixli 3-17-5/3-2-269/2-23 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X5 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin aparılması zamanı müəyyən edilmişdir ki, Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi norma və qaydaları üzrə biliyin yoxlanmasının keçirilməsini təmin etməmişdir. Buna görə də komissiya tərəfindən 20 iyul 2023-cü il tarixli akt tərtib edilmiş, X7 izahatı alınmış və 20 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X9 qabaqcadan məlumat verməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən X7 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən 1000 (bir min) manat miqdarında cərimə edilməsi barədə 25 iyul 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Sözügedən qərarın ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də X13 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X5 ifadəsində göstərdi ki, o, 2019-cu ildən sosial işçi kimi Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Birliyin rəisi X13 tərəfindən daimi onun əməyin mühafizəsi normaları və qaydaları üzrə biliklərinin yoxlanılması təşkil edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinin əməyin mühafisəzi üzrə mühəndisi X10 ifadəsində göstərdi ki, İstehsalat Birliyində işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliği tədbirləri daimi həyata keçirilmiş, daimi işçilərlə bu barədə söhbətlər aparılmışdır. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin nümayəndəsi X4 izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 may 2023-cü il tarixli 3-17-5/3-2- 269/2-23 nömrəli əmri ilə yaradılmış komissiyasının 20 iyul 2023-cü il tarixli aktından məlum olur ki, Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci abzasına əsasən əməyin mühafizəsi norma və qaydakarı üzrə biliyin yoxlanmasının keçirilməsini təmin etməməsinə görə "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X5 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. İş materiallarına əlavə olunmuş 20 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən əməyin mühafizəsi norma və qaydakarı üzrə biliyin yoxlanmasının keçirilməsini təmin etməməsinə görə həmin protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci abzasının tələblərini pozaraq işçi X2 əməyin mühafizəsi normaları və qaydaları üzrə biliklərinin yoxlanılmasının təşkil etməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən1000 (bir min) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyəti həmkarlar təşkilatının 04 may 2022-ci il tarixli, 01 avqust 2022-ci il tarixli və 03 mart 2023-cü il tarixli komitə iclaslarının protokollarından məlum olur ki, İstehsalat Birliyində işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliği tədbirləri daimi həyata keçirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 19 may 2023-cü il tarixli 3-17-5/3-2-269/2-23 nömrəli əmrindən məlum olur ki, "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X1 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılması üçün müvafiq komissiya yaradılmışdır. Beləliklə iş materiallarından məlum olur ki, X9 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən inzibati tənbeh verilməsinə əsas o, olmuşdur ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinin 8-ci abzasının tələblərini pozaraq 2019-cu ildən "xxxx" X20 Məsuliyyətli Cəmiyyətinin Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhkim edilmiş sosial işçi X1 əməyin mühafizəsi normaları və qaydaları üzrə biliklərinin yoxlanılmasının təşkil etməmişdir və nəticədə X1 27 sentyabr 2022-ci il tarixdə xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Göründüyü kimi, X13 qeyd edilən, Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı 27 sentyabr 2022-ci il tarixdən əvvəlki müddət ərzində törətmişdir. Onun 27 sentyabr 2022-ci il tarixdən sonrakı müddət ərzində Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətməsini təsdiq edən heç bir subut inzibati materiala əlavə edilməmişdir. Ona görə də X7 əməlini uzanan inzibati xəta kimi tövsif etməkdə olmaz. Azərbaycan Respublikası İXM-nin 198.1.7.-ci maddəsinə əsasən işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə əməyin mühafizəsi qaydalarının pozulmasına hesab edilir və beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 38.1-cı maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-cı maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X7 şikayəti təmin edilsin. Astara Mənzil Kommunal Tikinti X3 Məhdud Məsuliyyətli Cəmiyyətin rəisi X7 Azərbaycan Respublikası İXM-nin 198.1.7-ci maddəsinə əsasən 1000 (bir min) manat miqdarında cərimə edilməsi barədə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Lənkəran Regional ərazi şöbəsinin rəisi X11 tərəfindən qəbul edilmiş, 25 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-685/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-685/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver