Məhkəmə qərarları › İş №3(018)-690/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-690/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-690/2024 08.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1 və 535.1-ci maddələri ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: X2 xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Astara şəhəri, S.Vurğun küçəsində idarə etdiyi VAZ2101 markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avotomobil konstruksiya qaydalarına riayət etmədiyinə görə saxlanılmış, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə, etibarnamə olmadan, nəqliyyat vasitəsininin sürücüsü tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırdığı halda idarə etməsinə görə saxlanılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinin tərkibi olduğu üçün protokol tərtib olunmuşdur. X2 xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Astara Astara rayonun, Şiyəkəran kəndində Astara RPŞ-nin DYPB-nin əməkdaşlarının qanuni tələblərini qəsdən pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara RPŞ-i tərəfindən X2 barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü iltarixli MN ******* və xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-690/2024 nömrəli iş bir icraatda 3(018)- 689/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 690/2024 nömrəli iş bir icraatda 3(018)-689/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar