Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-691/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X2 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respulikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, daxil olmuş material natamamdır. Belə ki, daxil olmuş MN N ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda “VAZ 2106 minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil göstərilsə də, iş materialına əlavə edilmiş şəkildə “Mercedes” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil təsvir edilmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respulikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-691/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-691/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver