Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-693/2024 26.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati tənbeh verilmə barədə qərar çıxarılmış fiziki şəxs- X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22545532 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon Ərçivan qəsəbəsində yaşayan X5 məhkəməyə şikayət ilə müraciət edərək, EQ 22545532 nömrəli Elektron Qərar əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə, X5 şikayətində göstərdi ki, xx.xx.2024-cü il tarixdə X1 ünvanlanmış xx.xx.2024cü il tarixdə saat 11:43:26-da EQ 22545532 nömrəli Elektron Qərarında o maşınını idarə edərkən təhlükəsizlik kəməri taxmamışdır, 329.1-maddəsində nəzərdə tutulan cərimə məbləği 40 (qırx) manat cərimə olunmuşdur. VAZ-2101 markalı “07BB090” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. O, həmişə təhlükəsizlik kəmərindən istifadə etmişdir. Şəkildə də bu özünü göstərir. Məhkəmədən EQ 22545532 nömrəli Elektron Qərar əsassız olduğu üçün ləğv edilməsini xahiş etdi. Astara RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də Astara RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddələrinə əsasən X2 və Astara RPŞ-nin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxs X3 dinləyib, ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli EQ 22545532 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Astara rayon Ərçivan qəsəbə sakini X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024cü il tarixli 73FB5AE3C27EB67A nömrəli fotoşəkildən görünür ki, Astara rayon Ərçivan qəsəbə sakini X5 24 iyul 2024-cü il tarixdə saat 11:43-də Astara rayonu H. Əliyev pr.-də “07BB090” dövlət qeydiyyat nişanlı “VAZ2101” minik avtomobilini təhlükəsizlik kəmərini bağlamadan idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən, mexaniki konstruksiyasında nəzərdə tutulmuş təhlükəsizlik kəmərləri ilə təchiz edilmiş avtomobildə hərəkət edərkən kəməri bağlamaq və sərnişinlərin də kəməri bağlamasını təmin etmək (12 yaşınadək uşaqların, geriyə hərəkət manevri edən sürücülərin, hamilə qadınların, sürücülüyü öyrənən şəxs nəqliyyat vasitəsini idarə edərkən onu öyrədənin, yaşayış məntəqələrində isə bunlardan başqa, operativ nəqliyyat vasitəsi sürücülərinin və sərnişinlərinin kəməri bağlamamasına yol verilir), motosikletdə isə motoşlemi düymələmək və sərnişinlərin də motoşlemi düymələməsini təmin etmək nəqliyyat vasitəsi sürücüsünün vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə- qırx manat məbləğində cərimə edilir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Astara rayon Ərçivan qəsəbə sakini X2 Azərbaycan Respublikası Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22545532 saylı elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 122.7, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 Azərbaycan Respublikası Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elçin Xasıyev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22545532 saylı elektron qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-693/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-693/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver