Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-699/2025 09.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan (Finkod 3QKXYYV). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin DYPB-nin DAM-i, polis kapitanı X1 tərəfindən 08 sentyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 08 sentyabr 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə saat 14:30 radələrində Astara rayonu, Səncərədi kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda hərəkətdə olarkən qarşısına Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs məxsus 1 (bir) baş iri buynuzlu heyvanının nəzarətsiz olmaqla asfalt örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Astara rayonu, Ərçivan qəsəbəsində yaşayır. 08 sentyabr 2025-ci il tarixdə ona məxsus 1 baş iri buynuzlu heyvanını asfalt yolda avtomobil vurmuşdur. Həmin heyvanlar yolda nəzarətsiz olduğundan asfalt örtüklü yola çıxmışdır.Təqsirini qəbul edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Astara rayonu, Səncərədi kəndində yaşayır. 08 sentyabr 2025-ci il tarixdə idarə etdiyi “Mersedes” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda hərəkətdə olarkən qarşısına qəflətən 1 baş iri buynuzlu heyvan çıxmışdır. Həmin zaman sükanı saxlaya bilməmiş və həmin heyvanlardan birini vurmuşdur. Hadisədən dərhal sonra 102 xidmətinə zəng edərək hadisə baş verməsi barədə bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin heyvanlar Astara rayonu, Maşxan kənd sakini Şəxs məxsusdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddəsinə əsasən işə Astara RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 08 sentyabr 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. 08 sentyabr 2025-ci il tarixli Raportdan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə saat 14:30 radələrində Astara rayonu, Səncərədi kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Mersedes” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbə yolunda hərəkətdə olarkən qarşısına Astara rayonu, Ərçivan qəsəbə sakini Şəxs məxsus 1 (bir) baş iri buynuzlu heyvanı vurmuşdur. 08 sentyabr 2025-ci il tarixli Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, şahidlərin iştirakı ilə hadisə yerinə baxış keçirilərək yol-nəqliyyat hadisəsinin sxemi çəkilmişdir. 08 sentyabr 2025-ci il tarixli izahatlardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar tərəflərin izahatları alınmışdır. 08 sentyabr 2025-ci il tarixli Aktdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mersedes Benz 220” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə usta xərcləri ilə birlikdə ümumilikdə 330 AZN ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar etmədi. Şərh edilənləri nəzərə alaraq, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-699/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-699/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver