Məhkəmə qərarları › İş №3(018)-7/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-7/2023

19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-7/2023 19.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X6 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X1 iştirakı ilə, 08 yanvar 1956-cıildə Astara rayonunun Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan X10 barəsində çıxarılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi tərəfindən tərtib edilmiş tərtib edilmiş 12 dekabr 2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokola əsasən şöbənin rəis əvəzinin 23 dekabr 2022-ci il tarixli MN ******* saylı tənbeh edilməsinə dair qərarı ilə inzibati tənbeh edilmişdir ki, o, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməmdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXMnin) 541-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 600 (altı yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X10 şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzi tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində qərar çıxarılmış X10 izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanda yerləşən mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Evinin həyəti daş hasara alınmaqla, həyətində hamamın çirkab sularının axıdılması üçün 1 metr dərinliyində anbar tikmişdir. Həmin anbarın heç bir qonşuya ziyanı yoxdur. Ancaq onunla qərəzli münasibətdə olan qonşusu X14 ondan qərəzli olaraq şikayət etmiş və həmin şikayət əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttiş X3 onların küçələrinə gələrək, ona xəbər verilmədən, onun iştirakı olmadan akt tərtib etmişdir. Ancaq onun həmin aktın surəti ona verilməmiş, ümumiyyətlə onun həmin aktdan xəbəri olmamışdır. Bundan sonra ona xəbər vermədən və onun iştirakı olmadan 12 dekabr 2022-ci il tarixli akt və 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sonra isə onun adından izahat tərtib etmişdir. O, isə savadsız olmasına görə həmin izahatı oxuya bilməmiş, ancaq izalamışdır. Sonra isə Lənkəran şəhərində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzi tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 541-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Ancaq həmin qərarın qəbul edilməsi ilə bağlı ona məlumat verilməmiş, o, çağrılmadan, iştirakı olmadan həmin qərar qəbul edilmişdir. Həmçinin ona 03 noyabr 2022-ci il tarixli, G-M6/4022-034 saylı icrası məcburi olan müddətli göstəriş təqdim edilməmiş və onun belə bir göstərişdən xəbəri olmamışdır. Bunlara əsasən o hesab edir ki, həmin qərar qanunsuz olmasına görə ləğv edilməlidir. Belə ki, o, X7 ilə əmək müqaviləsinə xitam verməmişdir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X3 izahat verərək bildirdi ki, barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış X6 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Belə ki, Astara şəhər sakini X9 şikayət ərizəsi əsasında 02 noyabr 2022-ci il tarixdə Astara şəhəri Qum küçəsinə getmiş və orada sakin X10 tərəfindən küçədə quyu qazılaraq çirkab sularının həmin quyuya axıdılması müəyyən edilmişdir. Ona görə də Astara bələdiyyəsinin iştirakı ilə 02 noyabr 2022-ci il tarixli 76358 saylı akt tərtib edilmişdir. Həmin tarixdə X6 izahatı alınmış və ona xəbərdarlıq edilmişdir. Bundan sonra onun tərəfindən 12 dekabr 2022-ci il tarixdə yenidən həmin küçəyə gedilmiş vəziyyətin dəyiçmədiyinə görə 12 dekabr 2022-ci il tarixli akt və 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında X10 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında 600 (altı yüz) manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərarın ləğv olunması üçün əsaslar yoxdur. Ona görə də X10 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində qərar çıxarılmış X6, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X1 izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, inzibati işin materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 şəhəri Qum küçəsi ev 112A-da qeydiyyatda olmaqla həmin ünvanda olan fərdi yaşayış evində yaşayır. İnzibati işin materiallarına əlavə olunmuş 02 noyabr 2022-ci il tarixli 76358 saylı aktdan və fotoşəkillərdən məlum olur ki, Astara şəhəri Qum küçəsinə getmiş və orada sakin X10 tərəfindən küçədə quyu qazılaraq çirkab sularının həmin quyuya axıdılması müəyyən edilmişdir. Həmin aktın tərtib edilməsində Züleyxa Rzayeva iştirak etməmiş, aktın surətinin ona verilməsi və ya onun aktı imzalamaqdan imtina etməsi barədə də məlumat yoxdur. İnzibati işin materiallarına əlavə olunmuş 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Astara şəhəri Qum küçəsi ev 112A-da yaşayan X10 03 noyabr 202-ci il tarixli, G-M6/4022-034 saylı məcburi göstərişin tələblərini yerinə yetmədiyinə görə həmin protokol tərtib edilmişdir. İnzibati işin materiallarına əlavə olunmuş 12 dekabr 2022-ci il tarixli 76767 saylı aktdan məlum olur ki, X10 tərəfindən küçədə quyu qazılaraq çirkab sularının həmin quyuya axıdılmasına görə ona 03 noyabr 2022-ci il tarixli, G-M6/4022-034 saylı icrası məcburi olan müddətli göstərişin tələblərini yerinə yetməmişdir. İnzibati işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən qəbul edilmiş 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Astara şəhər sakini X10 03 noyabr 2022-ci il tarixli, G-M6/4022-034 saylı icrası məcburi olan müddətli göstərişin tələblərini yerinə yetməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 541-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 600 (altı yüz) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında qərar çıxarılmış X6 əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi X3 tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli 76358 saylı akt X6 iştirakı olmadan tərtib edilmiş, həmin aktın və 03 noyabr 2022-ci il tarixli, G- M6/4022-034 saylı icrası məcburi olan müddətli göstərişin surətləri ona təqdim edilməmişdir. X2 məlumat verilmədən, onun iştirakı olmadan 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də X6 iştirakı olmadan, ona məlumat verilmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin aparıcı məsləhətçi müfəttişi nümayəndəsi tərəfindən sadalanan halların əksini təsdiq edən (02 noyabr 2022-ci il tarixli 76358 saylı aktın tərtibində iştirakı, həmin aktın, 03 noyabr 2022-ci il tarixli, G-M6/4022-034 saylı göstərişin surətlərinin verilməsi, 12 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsində, 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsində çağrılmasına) hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Şühbəsiz ki, 02 noyabr 2022-ci il tarixli 76358 saylı aktın və G-M6/4022-034 saylı göstərişin surətləri ona verimədiyinə görə onu ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə günahlandırmaq da olmaz. Məhkəmə iclasında həmçinin o, da aydın oldu ki, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarmalı olduğu halda bunu etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X6 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin 23 dekabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar