Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-703/2025 25.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X3 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Astara rayonu, Balaca Şahağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN (xxxxxxx), subay, işləməyən, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Astara Rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində X9 İTB-nin sahə rəisi X7 tərəfindən 25 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu Balaca Şahağacı kəndində X1 toy məclisində Astara rayonu Təngərüd kəndindən gəlin gətirdi zamanı maqistiral yolda Balaca Şahağacı kəndinə gedən yolda bir neçə maşın yolun hərəkət isdiqamətində dayanaraq gəlin maşınının qarşısını kəsərək, musiqiyə yüksək səs verərək arxadan gələn digər maşınlarında yolun hərəkət istiqamətində dayanmasına şərait yaratmış, avtomaşınlardan enən bir neçə nəfər yolun ortasında ələrində rəngli tüstü tutmuş, Balaca Şahağacı kənd sakinləri özlərini bəyin dostları kimi təqdim edən, sonradan adları məlum olan Şəxs, X2, X5 və X8 yolun ortasına oturacaq qoyaraq dizləri üstə nərdtaxta adlanan oyun çərçivəsini açıb bəyin maşından düşərək onlara yaxınlaşmasını, onlara toy şirinliyi pul vermələrini istəmişlər. Qeyd olunan hərəkətlər yolun hərəkət hissəsində olduğundan arxadan hərəkət edən toy karvanına aidiyyatı olmayan digər maşınla hərəkət edən vətəndaşların dayanaraq onları gözləməsinə zəmin yaradmışlar. Buda digər vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Eyni zamanda etdikləri hərəkətləri Tik-tok sosial şəbəkəsində paylaşaraq sosial müzakirələrə səbəb olmuşlar. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Astara rayonu Balaca Şahağacı kəndində X1 toy məclisində Astara rayonu Təngərüd kəndindən gəlin gətirdi zamanı maqistiral yolda Balaca Şahağacı kəndinə gedən yolda bir neçə maşın yolun hərəkət istiqamətində dayanaraq yolun hərəkət hissəsində maneəçilik yaratmışlar. Bu da oradan keçən vətəndaşların haqlı narazılığına səbəb olmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, 23 sentyabr 2025-ci il tarixdə toy karvanında yolu saxlayıb səs-küy salmışlar, hərəkətin axınına maneə yaratmışlar. Səhv etdiyini başa düşür, əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 163 saylı inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-703/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-703/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver