Məhkəmə qərarları › İş №3(018)-704/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-704/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-704/2023 16.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1979-cu ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəmasi tərəfindən verilmiş 2(050)-1730/2013 saylı, 06 noyabr 2013-cü il tarixli icra sənədinin tələbinə əsasən Qeyrət va Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadak saxlanılması üçün xx.xx.2013-cü il tarixdan başlayaraq Şəxs har ay cəmi 140 manat aliment tutularaq X4 verilməlidir. İcra sənədi 29 sentyabr 2019-cu il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 29 sentyabr 2019-cu il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilarak müvafiq bildirişlə icra edilməsindən ötrü borclu X5, məlumat üçün tələbkara göndarilmişdir. Masallı Rayon Məhkəməsi tərəfindan verilmiş 2(050)-1436/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinin tələbinə əsasən Qeyrət va Zəhra adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-1730/2013 saylı, 06 noyabr 2013-cü il tarixli icra sənədi üzrə alimentin miqdarı artırılaraq Şəxs har ay cəmi 220 manat aliment tutularaq X6 verilməlidir. icra sənədi 28 iyul 2021-ci il tarixda Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 28 iyul 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5157/2014 saylı, 22 dekabr 2014-cü il tarixli icra sənədinin tələbinə əsasən Şəxs va qeyrisindən müştərək qaydada 373 manat məblağində pul vasaiti tutularaq X9 verilməlidir. icra sənədi 26 sentyabr 2019-cu il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 09 avqust 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs Oeybulla ogluna, məlumat üçün isə tələbkara göndərilmişdir. Şaki Ağır Cinayətlar Məhkəməsi tərəfindan verilmiş 1(091)-030/2015 saylı, 12 mart 2015-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 9000 manat pul alınaraq zərərçakmiş X1 verilməlidir. İcra sənədi 08 iyun 2021-ci il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 08 iyun 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Astara Ravon Notariat Kontoru tərəfindən verilmiş 2891 saylı, 24 iyun 2022-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs 1008 manat 96 qəpik alınaraq tələbkar "xxxx" ASC-nin hesabına verilməlidir. İcra sənədi 01 iyul 2022-ci il tarixda Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 01 iyul 2022-ci il tarixda «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilmasindən ötrü borclu Şəxs ogluna, malumat üçün isə tələbkara göndərilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-260/2023 saylı, 20 fevral 2023-cü il tarixli icra sənədinin tələbinə əsasən 997 manat 40 qəpik tutularaq tələbkar «X15» ASC-nin hesabına verilməlidir. İcra sənədi 04 aprel 2023-cü il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 04 aprel 2023-cü il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs ogluna, məlumat üçün isə tələbkara göndərilmişdir. Astara rayon icra va probasiya şöbəsinin icraatınada olan dörd ədəd icra sənədi üzrə borclu eyni şəxs yəni Şəxs olduğundan həmin icra sənədləri icra məmurunun qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Aparılmış icraat nəticəsində məlum olmuşdur ki, borclu Şəxs məhkəmə qətnamələri üzrə tələbkar X7 17030 manat, tələbkar X9 373 manat, tələbkar X2 9000 manat, tələbkar "xxxx" ASC-ya 1008 manat 96 qəpik, tələbkar «X17» ASC-ya 997 manat 40 qəpik borcu vardır. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, maddi çətinlik ucbatından, qeyd edilən məhkəmə qətnamələri və icra vərəqəsi üzrə borcunu ödəyə bilmir. Hal-hazırda yaranmış olan borclarını birdəfəyə imkanı olmadığı üçün ödəyə bilməz. Vaxt verilərsə hissə-hissə borclarını ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında göstərdi ki, Masallı Rayon Məhkəmasi tərəfindən verilmiş 2(050)- 1730/2013 saylı, 06 noyabr 2013-cü il tarixli icra sənədi 29 sentyabr 2019-cu il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 29 sentyabr 2019-cu il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilarak müvafiq bildirişlə icra edilməsindən ötrü borclu X5, məlumat üçün tələbkara göndarilmişdir. Masallı Rayon Məhkəməsi tərəfindan verilmiş 2(050)-1436/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədi 28 iyul 2021-ci il tarixda Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 28 iyul 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5157/2014 saylı, 22 dekabr 2014-cü il tarixli icra sənədi 26 sentyabr 2019-cu il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 09 avqust 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs Oeybulla ogluna, məlumat üçün isə tələbkara göndərilmişdir. Şaki Ağır Cinayətlar Məhkəməsi tərəfindan verilmiş 1(091)-030/2015 saylı, 12 mart 2015-ci il tarixli icra sənədi 08 iyun 2021-ci il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 08 iyun 2021-ci il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Astara Ravon Notariat Kontoru tərəfindən verilmiş 2891 saylı, 24 iyun 2022-ci il tarixli icra sənədi 01 iyul 2022-ci il tarixda Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 01 iyul 2022-ci il tarixda «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilmasindən ötrü borclu Şəxs ogluna, malumat üçün isə tələbkara göndərilmişdir. Astara Rayon Məhkəməsinin 2(018)-260/2023 saylı, 20 fevral 2023-cü il tarixli icra sənədi 04 aprel 2023-cü il tarixdə Astara rayon icra va probasiya şöbəsinin icraatına daxil olmuş, 04 aprel 2023-cü il tarixdə «icraata başlamaq haqqında» Qərar qəbul edilərək müvafiq bildirişlə icra edilməsindan ötrü borclu Şəxs ogluna, məlumat üçün isə tələbkara göndərilmişdir. Astara rayon icra va probasiya şöbəsinin icraatınada olan dörd ədəd icra sənədi üzrə borclu eyni şəxs yəni Şəxs olduğundan həmin icra sənədləri icra məmurunun qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Aparılmış icraat nəticəsində məlum olmuşdur ki, borclu Şəxs məhkəmə qətnamələri üzrə tələbkar X7 17030 manat, tələbkar X9 373 manat, tələbkar X2 9000 manat, tələbkar "xxxx" ASC-ya 1008 manat 96 qəpik, tələbkar «X17» ASC-ya 997 manat 40 qəpik borcu vardır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masallı Rayon Məhkəmasi tərəfindən verilmiş 2(050)-1730/2013 saylı, 06 noyabr 2013-cü il tarixli icra sənədi, Masallı Rayon Məhkəməsi tərəfindan verilmiş 2(050)- 1436/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-5157/2014 saylı, 22 dekabr 2014-cü il tarixli icra sənədi, Şaki Ağır Cinayətlar Məhkəməsi tərəfindan verilmiş 1(091)-030/2015 saylı, 12 mart 2015-ci il tarixli icra sənədi Astara Ravon Notariat Kontoru tərəfindən verilmiş 2891 saylı, 24 iyun 2022-ci il tarixli icra sənədi üzrətələbkar X7 17030 manat, tələbkar X9 373 manat, tələbkar X2 9000 manat, tələbkar "xxxx" ASC-ya 1008 manat 96 qəpik, tələbkar «X17» ASC-ya 997 manat 40 qəpik borcu olması və bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin qeyd olunan digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə ...görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 16 avqust 2023-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar