Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-710/2024 27.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 00400-00697/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi, 1-ci bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1300/012/001756 saylı raportun icrası ilə əlaqədar tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, İran İslam Respublikası vətəndaşı X4 idarə etdiyi "Volvo" markalı 88AB695/88AB696" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası Bəndər-Abbas şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə yükü müşaiyət edən "95726" saylı CMR-ə və “TB25032024" nömrəli İnvoysa əsasən "velosiped" yükü apararkən, xx.xx.2024-cu tarixdə, saat 16 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı əməkdaşları tərəfindən saxlanılmış və onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparılmışdır. Sorğu-sual zamanı onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "Volvo" markalı "AB695/88AB696" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisisindəki "HCVC" markalı rentgen qurğusundan keçirilmiş, nəqliyyat vasitəsinin kabinəsində şübhəli cizgilər müşahidə edildiyindən İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "Volvo" markalı "AB695/88AB696" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində-dam örtüyü ilə arxa divar arasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş müxtəlif adda və miqdarda dərman preparatları aşkar edilmişdir. Həmin dərman preparatlarına baxış zamanı adları və miqdarı aşağıda qeyd olunan: üzərində Zolodex 3.6 mg (goserelin) yazısı olan hər birində 1 (bir) şpris-preparat olmaqla 93 (doxsan üç) ədəd, üzərində Zolodex 10.8 mq (goserelin) yazısı olan hər birində 1 (bir) şprispreparat olmaqla 133 (yüz otuz üç) ədəd, üzərində İmmunorho 300 micrograms (1500 İU) yazısı olan hər birində 1 (bir) şpris preparat olmaqla 108 (yüz səkkiz) ədəd, üzərində İmmunohbs 1000 İU/3 ml yazısı olan hər birində 1 (bir) spris-preparat olmaqla 6 (altı) ədəd, üzərində İmmunohbs 180 İU/ml yazısı olan hər birində 1 (bir) flakon olmaqla 6 (altı) ədəd, üzərində İmmunohbs 540 İU/ 3 ml yazısı olan hər birində 1 (bir) flakon olmaqla 13 (on üç) ədəd, üzərində Dyston yazısı olan 60 (altmış) flakon, üzərində 8 Masport 500 yazısı olan 57 (əlli yeddi) flakon, üzərində Cinnal f 900 İU/ 1.5 ml yazısı olan 258 (iki yüz əlli səkkiz) ədəd şpris- preparat, üzərində Paclinab (Paclitaxel) 100 mq yazısı olan 27 (iyirmi yeddi) flakon, üzərində Pdhomog 75 İ.U- Menotropins (HMG 75) yazısı olan hər birində 1 (bir) flakon və 1 (bir) ampul məhlul olmaqla 239 (iki yüz otuz doqquz) ədəd preparat, üzərində Erbitux (Cettuximab) 100 mg/20 ml yazısı olan 80 (səksən) flakon, üzərində Arnogen yazısı olan 21 (iyirmi iki) böyük flakon, üzərində Arnogen yazısı olan 22 (iyirmi iki) kiçik flakon dərman preparatı aşkar edilmişdir. Gömrük yoxlaması başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı Şəxs idarə etdiyi "Volvo" markalı "AB695/88AB696" dövlət qeydiyyat nişanlı dərman preparatları araşdırma məqsədilə götürülmüşdür. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Astara Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Şəxs və Azərbaycan Respublikası Dövlət Gökrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "103677" №li DGK-nə məxsus polietilen paketdəki nümunə qismində təqdim edilmiş preparatlarının üzərində qeyd olunmuş markalanma göstərisici və tərkibi Cədvəl Nº1-də göstərilmişdir. Həmin preparatlarının tərkibində 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına, 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”na, və “Zəhərli maddələrin siyahılarına daxil olan maddələr müəyyən edilməmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş 14 (on dörd) adda, yuxarıda adları sadalanan dərman preparatlarının Respublikada yerləşən apteklərdə və yerli internet saytlarında satışı barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130 və 480-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib, inzibati xətanın predmeti olan X2 anbarında saxlanılan “üzərində Zolodex 3.6 mg (goserelin) yazısı olan hər birində 1 (bir) şprispreparat olmaqla 93 (doxsan üç) ədəd, üzərində Zolodex 10.8 mq (goserelin) yazısı olan hər birində 1 (bir) şpris-preparat olmaqla 133 (yüz otuz üç) ədəd, üzərində İmmunorho 300 micrograms (1500 İU) yazısı olan hər birində 1 (bir) şpris preparat olmaqla 108 (yüz səkkiz) ədəd, üzərində İmmunohbs 1000 İU/3 ml yazısı olan hər birində 1 (bir) spris-preparat olmaqla 6 (altı) ədəd, üzərində İmmunohbs 180 İU/ml yazısı olan hər birində 1 (bir) flakon olmaqla 6 (altı) ədəd, üzərində İmmunohbs 540 İU/ 3 ml yazısı olan hər birində 1 (bir) flakon olmaqla 13 (on üç) ədəd, üzərində Dyston yazısı olan 60 (altmış) flakon, üzərində 8 Masport 500 yazısı olan 57 (əlli yeddi) flakon, üzərində Cinnal f 900 İU/ 1.5 ml yazısı olan 258 (iki yüz əlli səkkiz) ədəd şpris- preparat, üzərində Paclinab (Paclitaxel) 100 mq yazısı olan 27 (iyirmi yeddi) flakon, üzərində Pdhomog 75 İ.U- Menotropins (HMG 75) yazısı olan hər birində 1 (bir) flakon və 1 (bir) ampul məhlul olmaqla 239 (iki yüz otuz doqquz) ədəd preparat, üzərində Erbitux (Cettuximab) 100 mg/20 ml yazısı olan 80 (səksən) flakon, üzərində Arnogen yazısı olan 21 (iyirmi iki) böyük flakon, üzərində Arnogen yazısı olan 22 (iyirmi iki) kiçik flakon dərman preparatı” dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-710/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-710/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver