Məhkəmə qərarları › İş №3(018)-711/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-711/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-711/2023 07.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi ilə, xx.xx.1972-ci il tarixdə Astara rayonu, Ərcivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Ərcivan qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə DİN-nin Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs Ağababa oğlu 12 avqust 2023-cü il tarixdə saat 21:25-da idarə etdiyi “Fort Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərcivan qəsəbəsində hərəkətdə olduğu zaman Şəxs məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iri buynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, Astara rayonu, Ərcivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 12 avqust 2023-cü il tarixdə o özünə məxsus 1 baş iribuynuzlu heyvanı səhər saatlarında otlaq sahəsinə aparmış və aşxam saatlarında saat 21:25-da ona zəng edərək bildirmişlər ki, məxsus 1 baş iribuynuzlu heyvanı heyvanı Zərərçəkmiş şəxs Ağababa oğlu idarə etdiyi avtomobillə vurmuşdur. O, hadisə yerinə getmiş və məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Ağababa oğlu idarə etdiyi “Fort Tranzit” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərcivan qəsəbəsində hərəkətdə olduğu zaman 1 baş iribuynuzlu heyvanı vurmuşdur. Məhkəmə iclası zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs Ağababa oğlu vermiş olduğu izahatında göstərdi ki, 12 avqust 2023-cü il tarixdə saat 21:25-da idarə etdiyi “Fort Tranzit” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərcivan qəsəbəsində hərəkətdə olduğu zaman Şəxs məxsus, asfalt örtüklü yolda nəzarətsiz qoyulmuş 01 baş iri buynuzlu heyvana dəymiş və nəticədə idarə etdiyi avtomobilə 2815 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası DİN Yol Patrul xidməti polis kapitanı X1 tərəfindən tərtib olunmuş protokol və yol-nəqliyyat hadisəsinin sxemindən məlum olur ki, 12 avqust 2023cü il tarixdə saat 21:25-da Astara rayonu, Ərcivan qəsəbəsində Astara rayonu, Ərcivan qəsəbə sakini Şəxs məxsus 1 baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun asfalt örtüyünə çıxaraq yolda hərəkətdə olan Zərərçəkmiş şəxs Ağababa oğlunun idarə etdiyi “Fort Tranzit” markalı, **-HR-*** qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağında 1 baş iribuynuzlu heyvanı vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində əsasən Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Məhkəmə Q ə r a r a a l d ı: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar