Məhkəmə qərarları › İş №3(018)-712/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-712/2023

31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-712/2023 31.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Şəxs nümayəndəsi X2 iştirakı ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Astara rayon Polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: Astara şəhərində yerləşən X8 barəsində xx.xx.2023-ci il tarixində Astara rayon polis şöbəsinin DYPB-nin X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda göstərilmişdir ki, «NAZLİFAN» markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi «Şəxs»in nümayəndəsi X7 izahat verərək bildirdi ki, Astara rayon polis şöbəsinin DYPB-nin polis kapitanı X1 tərəfindən tərtib olunmuş protokol qanunsuzdur. Sözügedən protokol ilə razı deyildir. Belə ki, tərtib olunmuş protokoldan məlumatları olmamış və bu barədə onlara xəbərdarlıq göndərilməmişdir.Astara rayon Polis şöbəsinin DYPB tərəfindən işə əlavə edilmiş onlara sorğu verilməsi barədə poçt sənədində sənədin göndərilməsinin tarixi oxunmur və həmin sənəd onların əməkdaşı olmayan şəxs tərəfindən 05 aprel 2023-cü il tarixdə alınması öz əksini tapmışdır. Odur ki, o, məhkəmədən inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, təqdim olunmuş sübutlarla X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Polis şöbəsinin DYPB tərəfindən işə əlavə edilmiş X4 sorğu verilməsi barədə poçt sənədində sənədin göndərilməsinin tarixi oxunmur və həmin sənədin 05 aprel 2023-cü il tarixdə alınması öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd olunan Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X5 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar