Məhkəmə qərarları › İş №3(018)-712/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-712/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-712/2024 14.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə Astara rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Bakı şəhər, Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamnəsinə əsasən Şəxs X5 ümumilikdə 19823 manat verilməsi qət edilmişdir. Həmin icra sənədinə əsasən Şəxs 16323 manat borcu qalmışdır. Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamnəsinə əsasən Şəxs X4 ümumilikdə 3845 manat verilməsi qət edilmişdir. Həmin icra sənədinə əsasən Şəxs 3548 manat borcu qalmışdır. Şəxs tələbi üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Astara rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs 500 manat cərimə edilmişdir. Lakin müvafiq qərar qüvvəyə mindiyi vaxtdan bu günədək qanuni əsaslar olmadan icra edilməmişdir. Azərbaycan Respublikası Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 528.1-1 və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN 2085931, xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 711/2024, 3(018)-712/2024 nömrəli işlər bir icraatda 3(018)-709/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1,528.1-1 və 529.2ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN 2085931, xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-711/2024, 3(018)- 712/2024 nömrəli işlər bir icraatda 3(018)-709/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar