Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-712/2025 09.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi və hakim köməkçisi Hacızadə Hacı Yusif oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1952-ci ildə Astara rayonu, Hamuşam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx), orta təhsilli, evli, təqaüdçü, Astara rayonu, Maşxan kəndində qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən 25 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2 maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı protokollar tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli ov silahlarının saxlanması qaydasını pozmuşdur ki, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, o, Astara rayonun, Maşxan kəndində yaşayır. Ailəlidir. 25 sentyabr 2025-ci il tarixdə saat 16 radələrində Astara RPŞ-nın əməkdaşları onun yaşadığı ünvana gələrək onda sənədsiz ov silahlarının olub-olmamağını soruşmuşlar. Həmin zaman evində saxladığı 01 ədəd “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli ov silahlarının polis əməkdaşlarına təqdim etmişdir. Həmin silahlar ona atası və babasından qalmışdır. Barəsində tərtib olunmuş protokol üzrə özünü təqsirli bilir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan ov silahının götürülməsi barədə akta əsasən müəyyən edilir ki, Şəxs götürülmüş “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli sənədsiz mülki ov tüfəngləri götürülüb saxlanması üçün Astara rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokollar,səmimi etirafı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi etirafı məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) xüsusi icazə almamasını, o cümlədən inzibati xətanın predmetini təşkil edən “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli ov silahlarının müvafiq sənədlərinin olmamasını əsas götürərək hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində ov tüfəngləri müsadirə olunmaqla cərimə tənbehinin tətbiq olunması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan Astara rayon Polis Şöbəsində saxlanılan “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli ov silahları müsadirə olunmaqla 80 (səksən) manat məbləğdə cərimə olunsun. Astara RPŞ-də saxlanılan “İJ” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülə, 16 kalibrli 23383 nömrəli ov silahları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat baş idarəsinə təhvil verilsin. Qərarın icrası müvafiq olaraq Astara Rayon İcra və Probasiya şöbəsinə və Astara Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-712/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-712/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver