Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-718/2023 29.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qafarov Elvin Əliağa oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Şakir Quliyevin 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv olunmasına dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X5 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyev tərəfindən qəbul olunmuş 27 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X5 şikayətini müdafiə edərək göstərdi ki, o, Astara rayonu Şahağacı kəndində yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları onun barəsində 12 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər ki, guya o, X9 rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmuşdur. Sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Şakir Quliyevin 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Ancaq o, 12 fevral 2023-cü il tarixdə ümumiyyətlə X9 rayonu Şahağacı kəndi ərazisində balıq tutmamış, balıq ovu ilə məşğul olmamışdır. Həmçinin onun barəsində tərtib edilmiş 12 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilməsi barədə olan 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərardan məlumat olmamış, həmin protokol və qərar onun iştirakı olmadan, ona məlumat verilmədən çıxarımışdır. Ona görə də o hesab edir ki, həmin qərar qanunsuz olmasına görə ləğv edilməlidir. Odur ki, şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X7 verdiyi izahatında göstərdi ki, barəsində qərar çıxarılmış X2 şikayəti ilə tanış olmuşdur. Sözügedən şikayət tamamilə əsassızdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyev tərəfindən qəbul olunmuş 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərar tam qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 12 fevral 2023-cü il tarixdə Astara rayonu Şahağacı kəndin ərazisində, Xəzər Dənizinin sahillərində reyd keçirmişlər. Məlum olmuşdur ki, X1 Dənizinin Astara rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmuşdur. Ona görə də onun barəsində 12 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Şakir Quliyevin 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Protokol və qərar tərtib ediləndə X4 məlumat verilmiş, qərar çıxarılmamışdan qabaq ona bildiriş göndərilmiş və X5 xəbərnaməni imzalamaqla bildirişi almışdır. Ona görə də X5 tərəfindən verilmiş şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsini dinləyib, toplanmış sübutları tədqiq edib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qanuna və daxili inamına əsasən qiymətləndirib belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyev tərəfindən qəbul olunmuş 27 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və başlanmış inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməlidir. İnzibati işin materiallarına əlavə olunmuş 12 fevral 2023-cü il tarixli 78163 saylı aktdan və fotoşəkillərdən məlum olur ki, X1 Dənizinin Astara rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmuşdur. Həmin aktın tərtib edilməsində X5 iştirak etməmiş, aktın surətinin ona verilməsi və ya onun aktı imzalamaqdan imtina etməsi barədə də məlumat yoxdur. İnzibati işin materiallarına əlavə olunmuş 12 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, X2 X9 rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmasına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə protokol tərtib edilmişdir. İnzibati işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəis əvəzinin tərəfindən qəbul edilmiş 27 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məlum olur ki, Astara rayonu Şahağacı kənd sakini X2 X9 rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmasına görə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 271-ci maddəsi ilə təqsirli bilinib qeyd edilən qərarla 1000 (bir min) manat məbləğində cərimə olunmaqla inzibati qaydada tənbeh edilmişdir. İnzibati işin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən məlum olur ki, X3 08 yanvar 2002-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları 12 fevral 2023-cü il tarixli 78163 saylı akt və 12 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişlər ki, Astara rayonu Şahağacı kənd sakini X1 Dənizinin Astara rayonu Şahağacı kəndi ərazisində qanunsuz olaraq balıq tutmaqla məşğul olmuşdur. Sonra isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Şakir Quliyevin 27 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Ancaq məhkəmə iclasında aydın oldu ki, həmin akt, protokol tərtib edilərkən və qərar çıxarılarkən X5 iştirak etməmişdir. Belə ki, inzibati işin materiallarına əlavə olunmuş 27 fevral 2023-cü il tarixdə inzibati qərar qəbul edilməsi üçün X4 bildirişin verilməsi barədə olan xəbərnamədən məlum olur ki, həmin xəbərnamə X2 atası X3 tərəfindən imzalanmaqla bildiriş qəbul edilmişdir. Məhkəmə iclasında isə məlum oldu ki, X3 08 yanvar 2002-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsinin nümayəndəsi tərəfindən sadalanan halların əksini təsdiq edən (12 fevral 2023-cü il tarixli 78163 saylı aktın tərtibində iştirakı, həmin aktın, surətlərinin verilməsi, 12 fevral 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsində, 27 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsində çağrılmasına) hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə, şəxsin baş vermiş xətada təqsiri kifayət qədər mötəbər sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəis əvəzi Şakir Quliyev tərəfindən qəbul olunmuş 27 fevral 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işin icraatına xitam verilsin. Astara rayonu Şahağacı Bələdiyyəsinin sədri X5 inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-718/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-718/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver