Məhkəmə qərarları › İş №3(018)-724/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-724/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-724/2025 07.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Polis əməkdaşı xx.xx.2025-ci il tarixdə saat təxminən 16 radələrində Astara rayon Maşxan kənd ərazisində xidmətdə olduqları zaman adı ona sonradan məlum olan Astara rayon, Maşxan kəndində qeydiyyatda olan xx.xx.1952-ci il təvəllüdlü Şəxs 2 ədəd “Lj” markalı tək lülə, 16 kalibrli, 67273 nömrəli və “Tolka” markalı qoşa lülı, 16 kalibrli 23383 nömrəli ov silahlarının müvafiq şəhadətnamələri olmadığını aşkarlayaraq sonuncunu polis şöbəsinə dəvət etmişdir. Astara Rayon Polis Şöbəsindən tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-724/2025 nömrəli iş bir icraatda 3(018)-712/2025 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-724/2025 nömrəli iş bir icraatda 3(018)-712/2025 nömrəli işə birləşdirilsin. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar