Məhkəmə qərarları › İş №3(018)-731/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-731/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-731/2025 08.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi - Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1966-cı il tarixdə Astara rayonu Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, rayonu, Pensər Kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 26 avqust 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 08 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 avqust 2025-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Astara rayonu Pensər kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Astara rayon Prokurorluğuna ərizə ilə müraciət edərək göstərmişdir ki, əri Şəxs tərəfindən müxtəlif tarixlərdə döyülmüş və dəfələrlə ölümlə hədələnmişdir. 07.08 2025-ci il tarixdə gecə saatlarında yuxuda olan zaman Şəxs iynə ilə ona xəsarət yetirmişdir. Xahiş etmişdir ki, əri Fərmad barədə tədbir görulsün. Zərərçəkmiş şəxs 15 avqust 2025-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2025-ci il tarixdə əri Şəxs başına iynə vurması və onu öldürmək istəməsi barədə məlumat vermişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, göstərilən ünvanda yaşayır. Arvadı Zərərçəkmiş şəxs onun barəsində yazdığı ərizə yalandır. O, xx.xx.2025-ci tarixdə saat 03 radələrində həyat yoldaşı Zəkıyyə Mirzəyevanı oyatmamış, onun qulağının arxasına iynə ilə vurmamış, arvadı yalandan ona şər atmışdır. Arvadı Zəkiyyə tez-tez onu söydüyündən o da onu söymüş və təhqir etmişdir. Ümumiyyətlə Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Arvadı ilə arasında olan nikahın pozulması barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu səbəbdən də arvadı ondan incikdir və ona şər atır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, həyat yoldaşı Şəxs ilə bir yerdə yaşayır, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdə yatdığı zaman birdən oyanmış və əri Fərhadın onun yanında qaldığını görmuşdür. Ona qulağına nə batırdığını demişdir. O Fərhadın əlində iynə gördüyündən qulağına nə batırdığını soruşmuşdur. Fərhad da uşağın üstünü örtdüyünü demiş və otaqdan çıxıb həyətə düşmüşdür. O da bundan narahat olmuşdur. Fərhad həmişə onunla yola getməmiş onu nalayiq küçə söyuşləri ilə söyüb təhqir etmiş və onu döymüşdür. Fərhad ona dəli olduğunu və onu dəlixanaya salacağını demişdir. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Əgər nikahın pozulması barədə ərizəsini geri götürsə, onunla barışardı. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti Zərərçəkmiş şəxs göndərilməklə ona qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun izah edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Astara rayon prokuroruna göndərilməsi, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsindan ötrü Astara RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 canlı şəxsin ekspertizasının 18 avqust 2025-ci il tarixli, 218 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sağ qulaqarxası nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən tərtib edilmiş 08 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 avqust 2025-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, işin araşdırılanhalları ilə müəyyən edilmişdir ki, “Cinayət işinin rədd olunması haqqında” 26 avqust 2025-ci il tarixli qərarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 18 avqust 2025-ci il tarixli, 218 saylı rəyinə istinad olunaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlinmiş və bu səbəbdən şəxs barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halbuki, Şəxs ilkin izahatından etibarən özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək Zərərçəkmiş şəxs döymədiyini, ona hər hansı xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə 18 avqust 2025-ci il tarixli, 218 saylı ekspert rəyinə münasibətdə qeyd edir ki, sözügedən rəydə Zərərçəkmiş şəxs bədəni üzərində - sağ qulaqarxası nahiyyəsində sıyrıq aşkar edildiyi, qeyd olunan xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, müddətinin müayinədən 9-11 gün əvvələ uyğun gəldiyi müəyyən edilmiş, lakin, həmin rəydə xəsarətlərin şəxsin özü tərəfindən törədilə bilmə imkanına münasibət bildirilməmişdir. Həmin rəy şəxsin bədəni üzərində sağ qulaqarxası nahiyyəsində sıyrıq aşkar edildiyi hissəsində mübahisəsiz olsa da, xəsarətlərin Şəxs tərəfindən törədilməsinə münasibətdə məhkəmə üçün mötəbər hesab edilə bilməz, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bundan başqa Astara RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı X11 RPŞ-nin rəisinə ünvanladığı Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:46 radələrində Astara rayon Pensər kənd sakini Zərərçəkmiş şəxs etmiş olduğu şikayətində xx.xx.2025-ci il tarixdə əri Şəxs adlı şəxsin başına iynə vurması, onu öldürmək istəməsini bildirmişdir. Sözügedən şikayətdə hər hansı döyülmə ilə bağlı məlumat verilməmişdir. Halbuki, məhkəmə bu xüsusata münasibətdə qeyd edir ki, həqiqətən Zərərçəkmiş şəxs əri Şəxs tərəfindən döyülsəydi, Zərərçəkmiş şəxs 102 xidmətinə edilən müraciəti, əri Şəxs adlı şəxsin başına iynə vurması, onu öldürmək istəməsi ilə deyil, döyülməsi ilə bağlı olardı. Göründüyü kimi, iş materiallarında zərərçəkmiş şəxsin izahatından başqa Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Məhkəmə araşdırması zamanı aydın olmuşdur ki, zərərçəkmişlə inzibati xəta törətməkdə təqsirləndirilən şəxs arasında ailə münasibətlərindən irəli gələn ixtilaflar mövcuddur, tərəflər boşanma ərəfəsindədirlər, hətta zərərçəkmiş boşanma ərizəsini geri götürərsə barəsində inzibati icraat aparılan şəxsi bağışlayacağını şərt qoymaqla öz qərəzini göstərmişdir ki, bu isə əmələ qiymət vermək üçün yeganə mötəbər sübut kimi zərəçəkmişin ifadəsinə istinad etməyi mümkünsüz edir. Yuxarıda sadalanan qanunvericilik normaları və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə inzibati xəta tərkibinin elementlərindən olan obyektiv cəhət (əməl – hərəkət və ya hərəkətsizlik, əməllə nəticəsi arasında səbəbli əlaqə və nəticə) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) yoxdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetmədiyindən, iş materiallarında olan sübutlar onun əməlində həmin maddənin tərkibinin olmasını istisna etdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar