Məhkəmə qərarları › İş №3(018)-732/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-732/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-732/2025 03.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən 02 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 02 oktyabr 2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Boulevard residence” adlı obyektin reklam yayıcısı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş tam və vaxtında yerinə yetirilməmişdir. Barəsində protokol tərtib edilmiş Şəxs tərəfindən elektron qaydada ərizə ilə məhkəməyə müraciət olunaraq bildirilmişdir ki, 3(018)-732/2025 nömrəli inzibati xətalar haqqında iş üzrə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında "xxxx" MTK iştirak edə bilmir. Belə ki, iş materialları ilə tanış olduqdan sonra bildirilir ki, sözügedən yaşayış binaları alqısatqı əsasında "xxxx" Məhzil-Tikinti Kooperativinə satılmışdır. Hazırda sözügedən reklam lövhələri "xxxx" MTK tərəfindən istifadə edilir. Yəni "xxxx" MTK-ya heç bir aidiyyatı yoxdur. O ki, qaldı inzibati xətaya dair prosedurla (akt və protokol) bağlı MTK-nın məlumatı olmamışdır. Çünki MTK vergi fəaliyyətini dayandrmışdır. MTK-ya poçtla məlumat verilməmiş və xəbəri yoxdur. Həmçinin qeyd edilmişdir ki, hazırda "xxxx" Məhzil-Tikinti Kooperativi həmin reklam lövhələrinin yayımına dair müqavilə bağlanması üçün müraciət etmişdir. Bu da sübut edir ki, həmin reklam lövhələri barəsində protokol tərtib edilmiş hüquqi şəxsə aidiyyatı yoxdur. Həmçinin ərazidə (Astara şəhəri 28 May küçəsində) yerləşən qeyri-yaşayış obyektlərin bəziləri icarəyə verilmiş və bu barədə əraziyə baxan reklam əməkdaşlarının da məlumat vardır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməmənin səbəbləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, ünvan 1 ünvanında yerləşən “Boulevard residence” adlı obyektin reklamı yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 26 avqust 2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Azərbaycan Respublikasının Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Şəxsnə açıq məkanda reklam yayımının həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə yazılı göstəriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş 26 avqust 2025-ci il tarixli, 01 saylı Aktdan görünür ki, Açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla yayımlanan reklamın təsvir olunması barədə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, Şəxsndən xx.xx.2025-ci il tarixdə saat 12:30-da ünvan 1ndə yerləşən “Boulevard residence” obyektində olmaq barədə xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş torpağın icarə hüquqlarının alqı-satqısı haqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Şəxs Astara şəhəri, Mirzə Rəhimov küçəsində yerləşən 0.108 ha torpaq sahəsinin icarə hüququnu "xxxx" Mənzil-Tikinti Kooperativinə satmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında iş materiallarına əsasən müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs 2 avqust 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş torpağın icarə hüququnun alqı-satqı müqaviləsi əsasında Astara şəhəri Mirzə Rəhimov küçəsində yerləşən 0.108 ha torpaq sahəsinin üzərində olan icarə hüququnu "xxxx" Məhzil-Tikinti Kooperativinə satmışdır. Qanunvericiliyə görə, əməlin inzibati xəta olaraq müəyyən olunması üçün inzibati xəta tərkibinin 4 elementinin hamısı (obyekt, subyekt, obyektiv cəhət və subyektiv cəhət) olmalıdır. Hazırki iş üzrə isə inzibati xəta tərkibinin elementlərindən olan subyekt (inzibati xətanı törədən) və subyektiv cəhət (təqsir, motiv, məqsəd, motiv) mövcud deyil. Belə ki, Şəxs Mirzə Rəhimov (hazırki C.Cabbarlı) küçəsində yerləşən 0.108 ha torpaq sahəsinin əvvəllər icarəçisi olsa da, icarə hüququnu "xxxx" Məhzil-Tikinti Kooperativinə satdığından bu xəta ilə bağlı inzibati protokolun onun barəsində tərtib edilməsi əsassızdır. Xətanı törədən dəqiq araşdırılmadan qeyd olunan inzibati xəta ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Şəxs isə açıq məkanda reklam yayıcısı olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar