Məhkəmə qərarları › İş №3(018)-733/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-733/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-733/2024 19.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X7 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1994-ci ildə Astara rayonun, Seləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonun, Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:25 radələrində idarə etdiyi Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara şəhəri, Bayraq meydanı dairəsinə avtoxuliqanlıq hərəkətlər etmişdir. Keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Astara rayonu, Seləkəran kənd sakini Şəxs saxlanılmış, yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bundan əlavə xx.xx.2024-cü il tarixdə saat 23:25 radələrində Astara rayonun Seləkəran kənd sakini Şəxs barəsində araşdırma ilə əlaqədar izahatının alınmasından ötrü Astara RPŞ-yə dəvət edilmiş, Şəxs Astara RPŞ-nin inzinbati binasının qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 18 avqust 2024-cü il tarixdə, saat 23:30 radələrində özünə məxsus Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara şəhəri, Bayraq meydanı ərazisində hərəkətdə olan zaman polis əməkdaşları ona saxla əmri vermiş, o, idarə etdiyi avtomobili saxlamışdır. Yoxlama zamnaı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur. Bu zaman əsəbləşərək polisin qanuni tələbinə riayət etməmişdir. Polisə qarşı hörmətsizlik etmişdir. Etdiyi hərəkətin səhf olduğunu başa düşmüş, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Etdiyi inzibati xətanı başa düşüb gələcəkdə bu cür xətalara yol verməyəcəyinə dair söz verir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini söz verir. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin DYPB-nin rəisi V.M.İ.E, polis kapitanı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:25 radələrində Astara rayonun Seləkəran kənd sakini Şəxs özünəməxsus idarə etdiyi Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Astara şəhəri, Bayraq meydanı ərazisində avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı məlumat daxil olmuşdur. Daxili olmuş məlumat əsasında Astara RPŞ-nin YPX-nn ispektoru Feyruzzadə Feyruz ilə birgə Astara şəhəri ərazisində “Azeriba” dairəsi yaxınlığında həmin avtomobil saat 23:30 radələrində saxlanılmış və yoxlama zamanı Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili Astara rayonun Seləkəran kənd sakini Şəxs sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Şəxs izahatının alınmasından ötrü Astara RPŞ-ya dəvərt edilmiş, lakin, o, şöbəyə gəlməsinə etiraz edərək qəsdən polisin qanuni tələbinə riayət etməmişdir. Bu barədə şöbə rəhbərliyinə raportla məruzə edilmiş, Şəxs hərəkətləri protokollaşdırılmışdır. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1 RPŞ-nin DYPB-nin rəisi V.M.İ.E, polis kapitanı X2 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 19 avqust 2024-cü il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs 18 avqust 2024-cü il tarixdə, saat 23:25 radələrində idarə etdiyi Mercedes markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, Bayraq meydanı ərazisində avtoxuliqanlıq hərəkətləri etmişdir. İş materillarında olan «Alcovisor-Jupiter X» texniki avadanlığından çıxarılan 19 avqust 2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs avtomobili idarə edən zaman alkoqol sərxoşluğunda olmuşdur. Müayinə 19 avqust 2024-cü il tarixdə, saat 00:41-də aparılmışdır. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmişşəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə- nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 18 avqust 2024-cü il tarixli, 153 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsində qeyd edilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 18 avust 2024-cü il tarixdən, saat 23:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında işüzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar