Məhkəmə qərarları › İş №3(018)-734/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-734/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-734/2023 24.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş X2 iştirakı ilə, xx xxxxx 1983-cü ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2-ci qrup əlil, Astara şəhəri N.Nərimanov küçəsi ev 34-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Şəxs barəsində 24 avqust 2023-cü il tarixində Astara rayon Polis şöbəsi (RPŞ) tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 11 iyun 2023-cü il tarixdə, Astara şəhərində yerləşən, X3 məxsus olan “777” adlı kafesindən 281 (iki yüz səksən bir) manat dəyərində ərzaq məhsullarını oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi maddəsində nəzərdə tutulmuş “xırda talama” inzibati xətalarını törətmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü törədilən əməllərdə təqsirli bilərək izahatında bildirdi ki, o, öz əməlindən peşmandır. Maddi vəziyyəti yaxşı deyil. Dolanmaqda çətinlik çəkir. Ona görə də X3 məxsus olan “777” adlı kafesindən 281 (iki yüz səksən bir) manat dəyərində ərzaq məhsullarını oğurlamışdır. Bir daha belə əməllərə yol verməyəcəkdir. X3 vurduğu ziyanı tam ödəməsini və aralarındakı barışığın nəzərə alınaraq ona yüngül tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən X1 izahat verərək bildirdi ki, Şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. X1 məhkəmə baxışı iclasında verdiyi izahatın məzmununa uyğun ərizə ilə Məhkəməyə müraciət etmiş və ərizə iş materiallarına əlavə olunmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib inzibati xəta haqqında 24 avqust 2023-cü il tarixli, MN ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X6 ilə barışmışlar və zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 39.2 maddəsinə əsasən bu məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs məhkəmə baxışı iclasında verdiyi izahatında əməllərindən peşman olduğunu və vurduğu ziyani tamamilə ödədiyini bildirmişdir. Odur ki, Məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar