Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-735/2023 24.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi və Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 barəsində inzibati icraat aparılan Şəxs Ağahüsen oğlunun iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Astara rayonu Şahağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Astara rayonu Alaşa kəndində olmaqla həmin ünvanda yaşayan Şəxs Ağahüsen oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(018)-407/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən 26 oktyabr 2021-ci il tarixdən başlayaraq 14 oktyabr 2013-cü il təvəllüdlü X4 və 10 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs Ağahüsen oğlundan hər ay, hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi hər ay 350 (üç yüz əlli) manat məbləğində aliment X3 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat aliment borcu yaranmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilsə də, borclu Şəxs Ağahüsen oğlu məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, müəyyən olunmuş müddətdə icra sənədini üzrsüz olaraq icra etməmişdir. Buna görə də Astara rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs Ağahüsen oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs Ağahüsen oğlu vermiş olduğu izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(018)-407/2022 saylı qətnaməsinə və icra vərəqəsinə əsasən o, 26 oktyabr 2021ci il tarixdən başlayaraq 14 oktyabr 2013-cü il təvəllüdlü X4 və 10 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi hər ay 350 (üç yüz əlli) manat məbləğində aliment X3 ödəməli olduğu halda, ödəməmiş, ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat aliment borcu yaranmışdır. Lakin işləmədiyi, maddi imkanı aşağı olduğu üçün borcunu ödəməmişdir. Borcunu tez bir zamanda ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Astara rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında göstərdi ki, Astara Rayon Məhkəməsinin Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(018)-407/2022 saylı qətnaməsinə və icra icra sənədləri icraata daxil olduqdan sonra borclu Şəxs Ağahüsen oğluna tələbin könüllü icrası barədə 14 aprel 2023-cü il tarixli bildiriş, icraata başlamaq haqqında qərar göndərilmişdir. Şəxs Ağahüsen oğlunun hal-hazırda X3 7700 (yeddi min yeddi yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs Ağahüsen oğlu heç bir yerdə işləmədiyini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrasından qəsdən boyun qaçırmaqla yaranmış olan borcunu halhazırda ödəyə bilməyəcəyini bildirmişdir. İş materillarında olan Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(018)-407/2022 saylı qətnaməsi və icra vərəqəsindən məlum olur ki, 26 oktyabr 2021-ci il tarixdən başlayaraq 14 oktyabr 2013-cü il təvəllüdlü X4 və 10 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs Ağahüsen oğlundan hər ay, hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi hər ay 350 (üç yüz əlli) manat məbləğində aliment X3 ödənilməlidir. İş materillarında olan 14 aprel 2023-cü il tarixli bildiriş və icraata başlamaq haqqında qərardan məlum olur ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2(018)-407/2022 saylı qətnaməsi və icra vərəqəsi icraya yönəldilmiş Şəxs Ağahüsen oğluna icra vərəqəsi üzrə müəyyən edilmiş alimenti vaxtında ödəməli olması izah edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağahüsen oğlunun bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağahüsen oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağahüsen oğluna qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Ağahüsen oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin müddəti 24 avqust 2023-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №3(018)-735/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-735/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver