Məhkəmə qərarları › İş №3(018)-736/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-736/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-736/2025 09.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı FİN (xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, Astara şəhər 5 nömrəli tam orta məktəbin direktoru tərəfindən daxil olmuş məktuba əsasən bir qrup tüfeyli həyat tərzi sürən şəxslərin məktəbin önündə şagirdlərə tütün məmulatlarının, narkotik maddələrin, elektron qəlyanların və bu kimi zərərli vərdişlərin istifadəsinə təşfiq etməsini və həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində həmin şəxslərin Astara şəhər sakinləri X5, X7, Şəxs və X6 olması müəyyən edilmişdir. Həmin müraciət ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 15 radələrində CAB-nin əməliyyat-müvəkkilləri, Həsən Ağayev, Cahid Əfsəlzadə və İTB-nin sahə polis nəfəri, polis baş serjantı Fərid Həmidov ilə birlikdə Astara şəhər Nizami küçəsində Şəxs və X2 polis şöbəsinə dəvət edən zaman sonuncular aqressiv davranışları sərgiləyərək küçədə səs-küy salmağa ictimai qaydanı pozmağa başlamışlar. Bu zaman həmin şəxslərə etdikləri hərəkətlərin inzibati xəta olmasını dəfələrlə izah olunmasına baxmayaraq sonuncular ictimai qaydanı pozmağa davam edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmin vaxt onların aşkar şəkildə narkotik vasitənin təsiri altında olmasıda müşahidə olunurdu. Polis şöbəsinə gətirildikdən sonra onlar narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün onlar Lənkəran rayonlararası Narkoloji Xəstəxanasında tibbi-müayinədən keçirilmişdir. Şəxs narkotik sərxoşluq faktı müəyyən edilmişdir. Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* saylı protokollar tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib edən şəxs Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X8 izahatında göstərmişdir ki, Astara şəhər 5 nömrəli tam orta məktəbin direktoru tərəfindən daxil olmuş məktuba əsasən bir qrup tüfeyli həyat tərzi sürən şəxslərin məktəbin önündə şagirdlərə tütün məmulatlarının, narkotik maddələrin, elektron qəlyanların və bu kimi zərərli vərdişlərin istifadəsinə təşfiq etməsini və həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Polis əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində həmin şəxslərin Astara şəhər sakinləri X5, X7, Şəxs və X6 olması müəyyən edilmişdir. Polis əməkdaşları Astara şəhər Nizami küçəsində Şəxs və X2 polis şöbəsinə dəvət edən zaman sonuncular aqressiv davranışları sərgiləyərək küçədə səsküy salmağa ictimai qaydanı pozmağa başlamışlar. Bu zaman həmin şəxslərə etdikləri hərəkətlərin inzibati xəta olmasını dəfələrlə izah olunmasına baxmayaraq sonuncular ictimai qaydanı pozmağa davam edərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışlar. Polis şöbəsinə gətirildikdən sonra onlar narkotik vasitələrin istifadəsində şübhəli olduqları üçün onlar Lənkəran rayonlararası Narkoloji Xəstəxanasında tibbimüayinədən keçirilmişdir. Şəxs narkotik sərxoşluq faktı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməlləri səmimi olaraq etiraf edərək bildirmişdir ki, narkotik maddə marixuanadan 2-3 dəfə istifadə etmişdir. Sonuncu dəfə 3 gün öncə istifadə etmişdir. Özünü təqsirli bilərək əməlindən peşman olduğunu, bir daha bu hallara yol verməyəcəyini qeyd edərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli 001562 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində kannabinoid (həşiş, marixuana) aşkar olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 169 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Astara şəhər 5 saylı tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 33 saylı məktubdan görünür ki, bir qrup tüfeyli həyat tərzi sürən şəxslərin məktəbin önündə şagirdlərə tütün məmulatlarının, narkotik maddələrin, elektron qəlyanların və bu kimi zərərli vərdişlərin istifadəsinə təşfiq etməsini və həmin şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməsi və polisin qanuni tələblərinə qəsdən tabe olmaması onun səmimi etirafı və iş materialları əsasında tam sübuta yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının qanununun 1.0.14-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz istehlakı - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Dadaşov X3 Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hallardan hesab edilir. Məhkəmə Şəxs təqsirini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbehin növünü müəyyən edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs inzibati qaydada tutulduğu 08 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar