Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-737/2024 23.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1 və 528.1-ci maddələri ilə Astara rayon Polis şöbəsi və Astara rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Cəlilabad rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli, 2(073)-1700/2021 saylı və qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 28 noyabr 2008-ci il təvəllüdlü X2 adlı uşağın saxlanılması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində alimenti uşağın anası X1 verilməli olduğu halda, həmin aliment pulunu ödəməmişdir. Həmin icra sənədlərinə əsasən Şəxs ümumilikdə 2950 manat aliment borcu qalmışdır. Şəxs tələbi üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40 radələrində Astara RPŞ-nin DYPB-nin YPXnin əməkdaşlarının qanuni tələblərini qəsdən pozmuşdur. Azərbaycan Respublikası Astara rayon Polis şöbəsi və Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 528.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* və xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)-737/2024 nömrəli iş bir icraatda 3(018)- 738/2024 nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 528.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(018)- 737/2024 nömrəli iş bir icraatda 3(018)-738/2024 nömrə ilə birləşdirilsin. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-737/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-737/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver