Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-738/2024 23.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X12 oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Astara rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X4 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Astara rayonun, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Astara rayonu Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 528.1-ci maddələri ilə Astara rayon Polis Şöbəsi və Astara rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair materiallara Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli, 2(073)-1700/2021 saylı və qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 28 noyabr 2008-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində alimenti uşağın anası X2 verilməli olduğu halda, həmin aliment pulunu ödəməmişdir. Həmin icra sənədlərinə əsasən Şəxs ümumilikdə 2950 manat aliment borcu qalmışdır. Şəxs tələbi üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:40 radələrində Astara RPŞ-nin DYPB-nin əməkdaşları Astara şəhəri, Qum küçəsində xidmətdə olduğu zaman Muravey markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsinin sürücüsü Şəxs küçədə, ictimai yerdə uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə Astara RPŞ-nin əməkdaşlarının qanuni tələblərini qəsdən pozmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli, 2(073)-1700/2021 saylı və qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 28 noyabr 2008-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində alimenti uşağın anası X2 verilməli olduğundan xəbərdardır. Heç yerdə işləmədiyi üçün, imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Bundan əlavə, 22 avqust 2024-cü il tarixdə saat 15:40 radələrində özünəməxsus “Muravey” markalı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla zəng edərəkən, eləcədə sərxoş vəziyyətdə olduğu üçün polis əməkdaşları ona saxla əmri vermişdir. Polis əməkdaşları onun sürücülük hüququ olmadını aşkar etmişlər, bu vaxt izahatının alınmasından ötrü şöbəyə dəvət etmişlər. Əsəbi olduğu üçün polisə müqavimət göstərmiş və bir neçə xoşa gəlməz ifadələr işlətmişdir. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı icra məmuru X5 bildirdi ki, Cəlilabad rayon Məhkəməsinin 21 iyul 2021-ci il tarixli, 2(073)-1700/2021 saylı və qətnaməsinin və icra vərəqəsinin tələbinə əsasən 28 noyabr 2008-ci il təvəllüdlü X6 adlı uşağın saxlanılması üçün Şəxs hər ay 150 manat sabit pul məbləğində alimenti uşağın anası X2 verilməli olduğu halda, həmin aliment pulunu ödəməmişdir. Həmin icra sənədlərinə əsasən Şəxs ümumilikdə 2950 manat aliment borcu qalmışdır. Şəxs tələbi üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmışdır. Lakin bu vaxta qədər aliment borcunu qərəzli şəkildə ödəməkdən yayınmışdır. İcra şöbəsinə gəlmədiyindən barəsində axtarış verilmiş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Borclu Şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə sənədlərini icra etməmişdir və icra sənədləri bu günədək icra edilməmişdir. Məhkəmə iclası zamanı şahid Astara RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X8 izahatında göstərdi ki, 22 avqust 2024-cü il tarixdə saat 15:40 radələrində Astara RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X3 ilə birlikdə “KİA SPORTAGE” markalı **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Astara şəhəri, Qum küçəsində xidmətdə olduğu zaman “Muravey” markalı, dövlət qeydiyyat nişanlı olmayan nəqliyyat vasitəsinin sürücüsü Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əlində saxlamaqla ondan istifadə etməsinə və sürücülük hüququ olmadan sərrxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılmış,sürücüyə törətdiyii inzibati qayda pozuntusunu izah etdikdən sonra onu “Muravey” ilə birlikdə polis şöbəsinə dəvət etmişlər,onlara dəfələrlə tabesizlik göstərməyə başlamış və uca səslə nalayiq ifadələr söyləyərək, törətdiyi əməldən boyun qaçırtmaq üçün polisin qanuni tələbələrinə qəsdən tabe olmamışdır. Həmin vaxt Şəxs nizam-intizama dəvət olunmuş, ona etdiyi hərəkətin qayda pozuntusu olduğu izah olunmuşdur. Daha sonra Şəxs barəsində şöbə rəhbərliyinə raportla məruzə olunmuş və barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-cı maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 535.1 və 528.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alıb onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiq edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin tutulduğu vaxtdan, yəni 22 avqust 2024-cü il tarixdən saat 15:40-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, inzibati protokolu tərtib etmiş şəxs, Astara RPŞ-nin sahə rəisi, polis kapitanı X7 prosessual normaları kobud şəkildə pozduğuna görə barəsində xüsusi qərar çıxarılmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin rəhbərliyinə, eyni zamanda inzibati materiallar araşdırılması üçün Astara Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 528.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 22 avqust 2024-cü il tarixdən saat 15:40-dan hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-738/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-738/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver