Məhkəmə qərarları › İş №3(018)-740/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-740/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-740/2024 05.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən "xxxx" MMC barəsində tərtib edilmiş 00400-00895/24 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1300/012/002347 saylı material üzrə R. Süleymanov tərəfindən ilkin araşdırma aparılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşı X8 idarə etdiyi "Volvo" markalı "01AG732/01ZB632" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yükü müşayiət edən "022044" saylı CMR-ə, İran İslam Respublikası vətəndaşı X3 idarə etdiyi "Volvo" markalı " 12AB883/12AB884" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yükü müşaiyət edən "022046" saylı CMR-ə və İran İslam Respublikası vətəndaşı Shafaghati X2 idarə etdiyi "Volvo" markalı “90AH565/90AH566" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yükü müşayiət edən "022045" saylı CMR-ə əsasən, "Taxta" yükü apararkən, xx.xx.2024-cü il tarixdə, saat təqribən 16:30 radələrində Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük maşınları üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttinə daxil olmuşlar. Gömrük nəzarəti zamanı yükü müşayiət edən sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluq şübhə doğurduğundan, nəqliyyat vasitələri əməkdaşları tərəfindən saxlanılmış və nəqliyyat vasitələrinin qoşqularında olan yükə gömrük yoxlaması tətbiq edilmişdir. Tətbiq edilmiş gömrük yoxlaması zamanı yükləri müşayiət edən sənədlərdə göstərilənlərlə qoşqularda olan "Taxta" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşqularda olan faktiki yüklərin arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yükləri müşayiət edən sənədlərdə ümumi həcmi 34.15 m³ (otuz dörd tam yüzdə on beş) "Taxta" yükü göstərildiyi halda, sözügedən nəqliyyat vasitələrində müvafiq şəkildə faktiki olaraq ümumi həcmi 33.43 m³; (otuz üç tam yüzdə qırx üç), 29.113 m³ (iyirmi doqquz tam mində yüz on üç) və 31.168 m³ (otuz bir tam mində yüz altmış səkkiz) "Taxta" yükü olduğu məlum olmuşdur. Məhkəmədə"xxxx" MMC-nin nümayəndəsi X10 bildirdi ki, yükləri müşayiət edən sənəddə texniki səhv olaraq həcm çox göstərilmişdir. Qeyd edilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə lazımı qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan **********9969 sorğu nömrəli görmük bəyənnaməsinin 31-ci qrafasından görünür ki, mallar miqdarı 34.15 m3 (otuz dörd tam yüzdə on beş), yerlərin sayı 6 (altı) olmaqla ağ şam ağacından və ya küknardan ibarətdir. İş materiallarında olan **********9981 sorğu nömrəli görmük bəyənnaməsinin 31-ci qrafasından görünür ki, mallar miqdarı 34.15 m3 (otuz dörd tam yüzdə on beş), yerlərin sayı 6 (altı) olmaqla ağ şam ağacından və ya küknardan ibarətdir. İş materiallarında olan malların və nəqliyyat vasitələrinin yoxlanması barədə protokoldan görünür ki, Astara rayonunda yaşayan və qeydiyyatda olan X4 və X1 hal şahidliyi ilə gömrük yoxlaması tətbiq edilmiş və yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə göstərilənlərlə qoşquda olan "Taxta" yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə qoşquda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, yükü müşaiyət edən sənədlərdə ümumi həcmi 34.15 m3 (otuz dörd tam yüzdə on beş) yükü göstərildiyi halda, yoxlama zamanı faktiki olaraq qoşquda ümumi həcmi 33.43 m3 (otuz üç tam yüzdə qırx üç), 29.113 m³ (iyirmi doqquz tam mində yüz on üç) və 31.168 m³ (otuz bir tam mində yüz altmış səkkiz) "Taxta" yükü olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 482.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMCnin istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu "xxxx" MMC istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. "xxxx" MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar