Məhkəmə qərarları › İş №3(018)-748/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-748/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-748/2023 05.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X5 iştirtakı ilə, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X7 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X4 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X3 istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında şərti olaraq cərimə edilmişdir.Ona həmin hüquqpozmanın aradan qaldırılması üçün əlavə 03 (üç) gün müəyyən edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X3 28 avqust 2023-cü il tarixində şikayətlə Astara Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X9 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsində əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 şikayət ərizəsindən məlum olur ki, o, fərdi sahibkarlıqla məşğul olur. O, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinə 08 iyun 2023-cü il tarixdə İD012306/226 nömrəli müraciət edərək Azərbaycan Respublikasına idxal etdiyi limon məhsuluna sretfikat verilməsini istəmişdir. Ancaq onun müraciətinə cavab verilməmişdir. Limon məhsulu yaş məhsul olmasına görə saxlanması mümkün olmadığına görə onun tərəfindən satılmışdır. Uzun müddət sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi tərəfində ona cavab verilmişdir ki, limon məhsuluna sretfikat verilməsi mümkün olmamış və limon məhsulunu məhv etmək və ya ölkə xaricinə çıxarılması bildirilmişdir. O, Agentliyinin Bakı Regional bölməsinə limon məhsulu yaş məhsul olmasına görə saxlanması mümkün olmadığına görə onun tərəfindən satılmasını bildirmişdir. Buna baxmayaraq, həmin limon məhsulunu satmasına görə onun barəsində 27 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən o, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X4 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 544.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında şərti olaraq cərimə edilmişdir. Ona həmin hüquqpozmanın aradan qaldırılması üçün əlavə 03 (üç) gün müəyyən edilmişdir. Hesab edir ki, qeyd edilən qərar qanunsuzdur. Ona görə də şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X8 izahat verərək bildirdi ki, X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinə 08 iyun 2023-cü il tarixdə İD012306/226 nömrəli müraciət edərək Azərbaycan Respublikasına idxal etdiyi 21560 kiloqram limon məhsuluna sretfikat verilməsini xahiş etmişdir. 21 iyun 2023-cü il tarixli AZ- 22011530/LAB03-23130-T-130 nömrəli sınaq protokola əsasən analiz zamanı məhsulda karantin tətbiq edilən zərərli orqanizm Sitrus tristez virusu aşkar edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qəarının tələblərinə cavab verilmədiyindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi rəisinin 23 iyun 2023-cü il tarixli 251 FN nömrəli qərarına əsasən X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinə 08 iyun 2023-cü il tarixdə İD012306/226 nömrəli müraciəti əsasında idxal edilmiş 21560 kiloqram limon məhsuluna sretfikat verilməsindən imtina edilmiş, X2 qərar qanuni qüvvəyə mindikdən sonra həmin məhsulu 10 gün ərzində Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi və ya 10 gün ərzində limon məhsulunu məhv edilməsi qərara alınmışdır. 23 iyun 2023-cü il tarixli 251 FN nömrəli qərarın surəti X2 göndərilmiş, anacaq X3 21560 kiloqram limon məhsulunu satmasına görə qərarda qeyd edilənlər onun tərəfindən icra edilməmişdir. Ona görə qabaqcadan xəbər verilməklə X3 barəsində 27 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol ona göndərilmiş və onun iştirakı ilə həmin protokol əsasında inzibati işə baxılmış Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X4 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ilə X3 istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM-nin) 544.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında şərti olaraq cərimə edilmişdir.Ona həmin hüquqpozmanın aradan qaldırılması üçün əlavə 03 (üç) gün müəyyən edilmişdir. Odur ki, o, şikayətin rədd edilməsi barədə qərar çıxarılmasını Məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-cü maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi istehlakçıların hüquqlarının pozulması hesab edilir, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İnzibati işə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsi rəisinin 23 iyun 2023-cü il tarixli 251 FN nömrəli qərarından məlum olur ki, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinə 08 iyun 2023-cü il tarixdə İD012306/226 nömrəli müraciəti əsasında idxal edilmiş 21560 kiloqram limon məhsuluna, həmin məhsulda Sitrus tristez virusu aşkar edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2006-cı il tarixli 280 nömrəli qəarının tələblərinə cavab verilmədiyindən sretfikat verilməsindən imtina edilmiş, X2 qərar qanuni qüvvəyə mindikdən sonra həmin məhsulu 10 gün ərzində Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara çıxarılmasının təmin edilməsi və ya 10 gün ərzində limon məhsulunu məhv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X7 tərəfindən qəbul edilmiş, X1 barəsində olan 04 avqust 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərardan görünür ki, X3 istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanın vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat miqdarında şərti olaraq cərimə edilmişdir.Ona həmin hüquqpozmanın aradan qaldırılması üçün əlavə 03 (üç) gün müəyyən edilmişdir. Şikayətçi qərardan narazı olduğunu bildirsə də, inzibati xətanı istisna edən hər hansı bir sübut növünə istinad etməmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, X3 Azərbaycan Respublikasına idxal etdyi 21560 kiloqram limon məhsulunu sertifikatlaşdırılmamış satmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdə X1 istinad etdiyi halları və etirazlarını əsaslandıran sübutları olmadığından qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin tərkibi vardır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X7 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin səlahiyyətli nümayəndəsi X7 tərəfindən qəbul edilmiş 04 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar