Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-749/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X5 Azərbaycan Respublikası X3 Bakı Regional bölməsinin xx.xx.2023-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün X3 Bakı Regional bölməsinə göndərilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərədən keçirib, Müəyyən etdim: X2 barəsində tərtib olunmuş Azərbaycan Respublikası X3 Bakı Regional bölməsinin xx.xx.2023-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, işə yenidən baxılması üçün X3 Bakı Regional bölməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inzibati xəta haqqında protokol üzrə çıxarılmış qərarlardan verilmiş şikayət şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası X3 Bakı Regional bölməsinin xx.xx.2023-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı şikayətinə əlavə etməmişdir. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokolu əsasında qəbul edilmiş qərardan yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Azərbaycan Respublikası X3 Bakı Regional bölməsinin xx.xx.2023-cu il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi, işə yenidən baxılması üçün X3 Bakı Regional bölməsinə göndərilməsi barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın və şikayət vermiş şəxsə, yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-749/2023
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-749/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver