Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-749/2024 15.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Azərbaycan Respublikası İXM-nin 364.4-cü maddəsi ilə tərtib olunmuş EQ 23209165 nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin LARB-nin rəisi X1 qəbul etdiyi EQ 23209165 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 364.4-cü maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğdə cərimə edilmişdir. X4 şikayət ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 364.4-cü maddəsi ilə tərtib olunmuş EQ 23209165 nömrəli nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciyət edərək şikayətə baxmadan şikayət və ona əlavə edilmiş sənədləri ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol üzrə çıxarılmış qərarlardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokolu əsasında qəbul edilmiş qərardan yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin LARB-nin rəisi X2 tərəfindən qəbul edilmiş EQ 23209165 nömrəli nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X3 geri qaytarılsın və şikayət vermiş şəxsə, yenidən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-749/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-749/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver