Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-749/2025 07.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 Etibar qızı, Rzayev (Fərhadova) Sevanə Elşən qızı, Zərərçəkmiş şəxs5 Sücəddin qızı və Zərərçəkmiş şəxs3 Sücəddin qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1981-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Astar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin DYPB-nin DAM-i, polis kapitanı X2 tərəfindən 16 oktyabr 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 25 avqust 2025-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi "Opel Meriva" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən "Nur petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təngərüd kəndi istiqamətində hərəkət edib yolun döngəli hissəsini dönən zaman avtomobili əks istiqamətli hərəkət zolağına doğru hərəkət etdirdiyindən həmin avtomobilin sol tərəfi ilə Zərərçəkmiş şəxs4 idarə etdiyi "VAZ- 21214 Urban minik" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol yan tərəfi arasında toqquşma baş vermiş, bu zaman sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs4 sol kürək, sol said, sol diz qapağı nahiyələrində sıyrıqlarla nəticələnən dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs5 Sücaəddin qızı sağ bud-çanaq oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol baldır nahiyəsində qançırla nəticələnən dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs1 alın, diz oynağı nahiyələrindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək oynağı, sol bud nahiyələrində sıyrıqlarla nəticələnən yüngül dərəcəli xəsarət, Zərərçəkmiş şəxs2 Eşlad qızı sol bud-çanaq oynağı nahiyəsindəki yumşaq toxumaların əzilməsihematoması, sol sarğı nahiyəsində qançırla nəticələnən yüngül dərəcəli xəsarət, Zərərçəkmiş şəxs3 Sücəddin qızı sağ bud-çanaq oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi hematoması, sol baldır nahiyyəsində qançırla nəticələnən yüngül dərəcəli xəsarət almışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, “Opel Meriva" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən qardaşı X4 maxsusdur, həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 25 avqust 2025-ci il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi “Opel Meriva” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Ərçivan qəsəbəsindən Təngərüd kəndinə gedərkən Maşxan kəndində yerləşən "Nur petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Təngərüd kəndi istiqamətində hərəkət edib yolun döngəli hissəsini dönən zaman əks istiqamətli hərəkət zolağında hərəkətdə olan “Niva” markalı bir avtomobilin yüksək sürətlə hərəkət etməsini görmüşdür. Buna görə avtomobili sağa tərəf hərəkət etdirmək istəmiş, lakin digər avtomobil yüksək sürətlə hərkət etdiyi üçün həmin avtomobilin qabaq sol tərəfi ilə idarə etdiyi avtomobilin qabaq sol tərəfi arasında toqquşma baş vermiş, toqquşma nəticəsində xəsarət almışdır. Həmçinin, “Niva” markalı avtomobildə olan sürücü və səmişinlər də xəsarət almışdır. Yol-nəqliyyat hadisəsi baş verdikdən təxminən 10-15 dəqiqə sonra Astara RPŞ-nin əməkdaşları oraya gəlib onun və digər avtomobilin sürücüsünün iştirakı ilə baxış keçirmişlər. Yol-nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, yolda görüntünün vəziyyəti normal olmuş, yol örtüyü asfalt, asfalt quru olmuş, heç bir spirtli içki qəbul etməmiş, avtomobili təxminən 50 km/saat sürətlə idarə etmişdir. Həmin yol-nəqliyyat hadisəsi əks istiqamətli hərəkət zolağında hərəkətda olan “Niva” markalı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Ona görə də, məhkəmədən barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 izahatında bildirmişdir ki, Astara rayonu, Ojakaran kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. İstifadəsində olan “VAZ-21214 Urban” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X1 məxsusdur, həmin avtomobili etibarnamə əsasında idarə edir. 25 avqust 2025-ci il tarixdə saat təxminən 08:30 radələrində idarə etdiyi VAZ-21214 Urban minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu, Maşxan kəndi ərazisində yerləşən "Nur petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında Pensər kəndi istiqamətində hərəkətdə olarkən yolun döngəli hissəsini dönən zaman gözləmədiyi bir anda əks istiqamətli hərəkət zolağında Nur petrol istiqamətində hərəkətdə olan Opel markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə hərəkət etdirib ziqzaqvarı şəkildə yolun əvvəlcə sağ tərəfinə, daha sonra isə mərkəzinə doğru getdi. Bu səbəbdən də həmin avtomobilin qabaq sol tərəfi ilə idarə etdiyi avtomobilin qabaq sol tərəfi arasında toqquşma baş verdi. Toqquşma nəticəsində o, həmçinin avtomobildə sərnişin kimi əyləşmiş qızı Sevanə Rzayeva, gəlini Zərərçəkmiş şəxs1, qaynanası Zərərçəkmiş şəxs5 və qohumu Zərərçəkmiş şəxs3 müxtəlif xəsarətlər almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi Opel markalı avtomobilin sürücüsünün təqsiri nəticəsində baş vermişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Etibar qızı, Rzayeva (Fərhadova) Sevanə Elşən qızı, Zərərçəkmiş şəxs5 Sücəddin qızı və Zərərçəkmiş şəxs3 Sücəddin qızı hər biri ayrı-ayrılıqda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də Astara Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 29 avqust 2025-ci il tarixli, 234 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində - sol kürək, sol said, sol diz qapağı nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 29 avqust 2025-ci il tarixli, 235 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 Sücaəddin qızının bədəni üzərində - sağ dirsək oynağı, sol diz oynağı nahiyyələrində qançırlar, sağ diz qapağı nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 29 avqust 2025-ci il tarixli, 231 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - alın, sağ diz oynağı nahiyyələrindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol dirsək oynağı, sol bud nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 29 avqust 2025-ci il tarixli, 232 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol bud-çanaq oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sol sağrı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin Lənkəran rayonlararası “MTE VƏ PA Birliyi”nin Zona Mərkəzinin canlı şəxsin ekspertizasının 29 avqust 2025-ci il tarixli, 233 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Sücəddin qızının bədəni üzərində - sağ bud-çanaq oynağı nahiyyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması, sağ baldır nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunun xəsarətlər küt travma nəticəsində törəmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə idarə etdiyi minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. «Cinayət işinin başlanmasının rədd edilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında» 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət tərkibi olmadığından toplanmış mataerial üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surəti Astara RPŞ-nin DYPB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-749/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-749/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver