Məhkəmə qərarları › İş №3(018)-750/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-750/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-750/2024 28.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və hakim köməkçisi X1 oğlunun katibliyi və barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs idarə etdiyi ”Daf’ markalı “90BE152/10ZG835” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük proseduru altında qeydiyyatdan keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına yükü müşaiyət edən "27Г nömrəli invoysa, “180731" CMR-ə əsasən “quş yemi” yükü apararkən, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində, Astara Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttində saxlanılmış və nəqliyyat vasitəsinə gömrük yoxlaması tədbiq edilmişdir. Yoxlama zamanı zərurət yarandığından nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən "HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmişdir. Bu zaman yük nəqliyyat vasitəsinin ehtiyat təkərləri və su çənində, şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsinin ehtiyat təkərləri və su çəninə əsaslı yoxlama tətbiq edilmişdir. Əsaslı yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat təkərləri və su çənində işarə qoyulmuş yerdən gömrük nəzarətindən gizlədilmiş üzərlərində “Чайковский Классик” yazısı olan 14 (on dörd) ədəd 1.0 litrlik spirtli içki, üzərlərində “Зерница ” yazısı olan 6 (altı) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Суворовская Коллекция” yazısı olan 8 (səkkiz) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 17 (on yeddi) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 12 (on iki) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Green Mill” yazısı olan 3 (üç) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “X2” yazısı olan 5 (beş) ədəd 0.5 litirlik spirtli içki, üzərlərində “Əfsanə" yazısı olan 58 (əlli səkkiz) ədəd 0.45 litrlik pivə, aşkar olunmuşdur ki, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs izahatında göstərdi ki, Sürücü işləyir. Həmin spirtli içkilər ona məxsusdur, onları Lənkəran bazarından İranda satmaq məqsədilə almışdır.Lənkəranda aldıqdan sonra İrana içki buraxılmadığını bildiyi üçün idarə etdiyi “DAF” markalı “90BE152/10ZG835” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin ehtiyat təkərləri və su çənində gizlətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli, 9/6275 №-li ekspert rəyindən görünür ki, Şəxs aşkar edilərək götürülmüş içkilərin ümumi dəyəri 867,60 (səkkiz yüz altmış yeddi manat, altmış qəpik) manat təşkil edir. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli götürülmüş malların təhvil verilməsi aktəndan görünür ki, “Чайковский Классик” yazısı olan 14 (on dörd) ədəd 1.0 litrlik spirtli içki, üzərlərində “Зерница ” yazısı olan 6 (altı) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Суворовская Коллекция” yazısı olan 8 (səkkiz) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 17 (on yeddi) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 12 (on iki) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Green Mill” yazısı olan 3 (üç) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “X2” yazısı olan 5 (beş) ədəd 0.5 litirlik spirtli içki, üzərlərində “Əfsanə" yazısı olan 58 (əlli səkkiz) ədəd 0.45 litrlik pivə Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan Astara Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində saxlanılan “Чайковский Классик” yazısı olan 14 (on dörd) ədəd 1.0 litrlik spirtli içki, üzərlərində “Зерница ” yazısı olan 6 (altı) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Суворовская Коллекция” yazısı olan 8 (səkkiz) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 17 (on yeddi) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “Biogarden” yazısı olan 12 (on iki) ədəd 0.7 litirlik spirtli içki, üzərlərində “Green Mill” yazısı olan 3 (üç) ədəd 1.0 litirlik spirtli içki, üzərlərində “X2” yazısı olan 5 (beş) ədəd 0.5 litirlik spirtli içki, üzərlərində “Əfsanə" yazısı olan 58 (əlli səkkiz) ədəd 0.45 litrlik pivə dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar