Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-752/2025 27.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə İran İslam Respublikasında anadan olan, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, evli, sürücü işləyən, İran İslam Respublikası Zəncan şəhəri, Novruzian Xiyabanı, Hekmət 40, ev 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi tərəfindən 22 oktyabr 2025-ci il tarixli 00400-00872/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Şəxs idarə etdiyi "Daf markalı 84AA339/97AK814 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən "304100390 nömrəli İnvoysa və 14129 saylı CMR əsasən "yuyucu vasitə yukü apararkən xx.xx.2025-ci il tarixdə saat təqribən 11 radələrində Astara keçid məntəqəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı "Daf markalı 84AA339/97AK814" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikası vətəndaşı Şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra sürücünun hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi nəqliyyat vasitəsinə Şeva ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Daha sonra Şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdır Yoxlama zamanı Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində olan ərzaq və digər əşyaları yığmaq üçün nəzərdə tutulan saxlanc yerindən 3 ədəd solfetka qutusunun içərisindən açıq şəkildə sellofana bükülmüş hər solfetka qutusunda 40 ədəd olmaqla 120 adəd nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində olan ərzaq və digər əşyaları yığmaq üçün nəzərdə tutulan saxlanç yerinin qapısının kilid yerindən 10 qutu hor qutuda 20 odod olmaqla 200 ədəd, nəqliyyat vasitəsinin kabinasında sürətlər qutusunun üzərindən 2 ədəd salfetka qutusunun içərisindən açıq şəkildə sellofana bükülmüş hər solfetka qutusunda 40 ədəd olmaqla 80 ədəd, nəqliyyat vasitəsinin kabinasında ərzaq malları yığılan saxlanc yerinin içərisindəki kofe saxlamaq üçün istifadə etdiyi 2 ədəd ağ rəngdə olan plastik qabın içərisindən açıq şəkildə sellofana bükülmüş hərəsində 80 ədəd olmaqla 160 ədəd, nəqliyyat vasitəsinin kabinasının tavanında yerləşən işıqların bağlandığı boşluqların içərisindən açıq şəkildə sellofana bükülmüş hər birində 40 ədəd olmaqla 5 sellofanda 200 ədəd, nəqliyyat vasitəsinin kabinasında sürucu oturacağı tərəfdən yuxarıda ön tərəfdə yerləşən saxlanc yerinin arxasındakı boşluqdan açıq şəkildə sellofana bükülmüş formada hər birində 40 ədəd olmaqla, 280 ədəd gömrük nəzarətindən gizlədilmiş formada, 10 (on) qutu her qutuda 20 ədəd olmaqla 200 ədəd siqaret və açıq şəkildə sellofana bükülmüş 840 ədəd siqaret, olmaqla ümumilikdə 1040 ədəd Winston markalı aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol ilə razı olduğunu bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materiallarında olan 30 sentyabr 2025-ci il tarixli nəqliyyat vasitəsinin və malların yoxlanılması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 11 radələrində Astara keçid məntəqəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Gömrük nəzarəti zamanı "Daf markalı 84AA339/97AK814" dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü İran İslam Respublikası vətəndaşı Şəxs ilə şifahi formada sorğu-sual aparılaraq onun idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmaması soruşulmuş, o isə öz növbəsində onda mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Bundan sonra sürücünun hərəkətləri şübhə doğurduğundan onun idarə etdiyi nəqliyyat vasitəsinə Şeva ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi uçun həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdir. Daha sonra Şəxs əl yüklərinə və idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmişdır Yoxlama zamanı Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində olan ərzaq və digər əşyaları yığmaq üçün nəzərdə tutulan saxlanc yerindən 3 ədəd solfetka qutusunun içərisindən açıq şəkildə sellofana bükülmüş hər solfetka qutusunda 40 ədəd olmaqla 120 adəd nəqliyyat vasitəsinin qoşqusunun sağ tərəfində olan ərzaq və digər əşyaları yığmaq üçün nəzərdə tutulan saxlanç yerinin qapısının kilid yerindən 10 qutu hor qutuda 20 odod olmaqla 200 ədəd, nəqliyyat vasitəsinin kabinasında sürətlər qutusunun üzərindən 2 ədəd salfetka qutusunun içərisindən açıq şəkildə sellofana bükülmüş hər solfetka qutusunda 40 ədəd olmaqla 80 ədəd, nəqliyyat vasitəsinin kabinasında ərzaq malları yığılan saxlanc yerinin içərisindəki kofe saxlamaq üçün istifadə etdiyi 2 ədəd ağ rəngdə olan plastik qabın içərisindən açıq şəkildə sellofana bükülmüş hərəsində 80 ədəd olmaqla 160 ədəd, nəqliyyat vasitəsinin kabinasının tavanında yerləşən işıqların bağlandığı boşluqların içərisindən açıq şəkildə sellofana bükülmüş hər birində 40 ədəd olmaqla 5 sellofanda 200 ədəd, nəqliyyat vasitəsinin kabinasında sürucu oturacağı tərəfdən yuxarıda ön tərəfdə yerləşən saxlanc yerinin arxasındakı boşluqdan açıq şəkildə sellofana bükülmuş formada hər birində 40 ədəd olmaqla, 280 ədəd gömrük nəzarətindən gizlədilmiş formada, 10 (on) qutu her qutuda 20 ədəd olmaqla 200 ədəd siqaret və açıq şəkildə sellofana bükulmüş 840 ədəd siqaret, olmaqla umumilikdə 1040 ədəd Winston markalı aksiz markası ilə markalanmamış siqaret aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Şəxs izahatında gömrük nəzarətindən gizlədilmiş formada ümumilikdə 1040 ədəd Winston markalı siqaret aparmasını etiraf etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2025-ci il tarixli, 7/1274 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Aksiz markası olmayan “Winston” markalı ştrix koduna görə ilk üç rəqəmi 626 olan İran istehsalı filtrli siqaret- tütün məmulatlarının orqanoleptiki keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2025-ci il tarixli, 7/1274 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 21 oktyabr 2025-ci il tarixli, 10-L nömrəli mütəxəssis rəyindən görünür ki, “Winston” markalı 1040 ədəd siqaretlərin xx.xx.2025-ci il tarixinə uyğun ayrılıqda və ümumi orta bazar qiyməti 104.0 manatdır. Məhkəmə iş materiallarını araşdırıb, əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsilə düzgün tövsif edilmişdir. Buna görə də həmin maddə ilə təqsirli bilinib barəsində tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. 31.2-ci maddəsinə əsasən fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir 479-cu maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 479-481, 482.1 və 482.2ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan Astara Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin anbarında saxlanılan 1040 ədəd “Winston” markalı, ümumi dəyəri 104.0 manat dəyərində olan siqaret müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-752/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-752/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver