Məhkəmə qərarları › İş №3(018)-754/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-754/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-754/2023 28.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Protokol tərtib edən şəxs X3, Zərərçəkmiş şəxs (tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Astara rayonu, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Astara rayonu, Burzubənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Astara rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən erdi: Şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-3196/2021 saylı icra sənədi üzrə icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib edən şəxs X6 göstərdi ki, xx.xx.2021-ci il tarixli, 2(106)- 3196/2021 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəlüdlü X1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cii il təvəllüdlü X2 isə anası “Quliyeva (Tarverdiyeva) Elnazə İlqar qızma faktiki verildiyi tarixdən başlayaraq yetkinlik yaşma çatanadək saxlanmaları üçün Şəxs hər ay hər birinə görə 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq borclu Quliyeva (Tarverdiyeva) Elnazə İlqar qızına ödənilməlidir. X7 3220 manat məbləğində aliment borcu vardır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, bildirdi ki, hal-hazırda onun 3220 manat aliment borcu vardır və o, borcundan bu gün 2000 manat ödəmişdir. Qalan aliment borcunu oktyabr ayında ödəyəcəkdir. Məhkəmədə Zərərçəkmiş şəxs (tələbkar) X8 bildirdi ki, borclu 3220 manat aliment borcundan 2000 manat pulu ona bu gün ödəmişdir. Ona görə ona cərimə cəzası verilməsini məhkəmədən xahiş edərək, o barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və zərərçəkən şəxsi (tələbkar) dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Belə ki, işdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-3196/2021 saylı icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəlüdlü X1 xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cii il təvəllüdlü X2 isə anası “Quliyeva (Tarverdiyeva) Elnazə İlqar qızma faktiki verildiyi tarixdən başlayaraq yetkinlik yaşma çatanadək saxlanmaları üçün tələbkar Tarverdiyev Orxan Akif oğlundan hər ay hər birinə görə 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment tutularaq borclu Quliyeva (Tarverdiyeva) Elnazə İlqar qızına ödənilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətdə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh cərimə edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar