Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-756/2023 29.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İran İslam Respublikası vətəndaşı Bolbol X2, tərcüməçi X9 iştirakları ilə, xx.xx.1986-cı ildə İran İslam Respublikasında anadan olmuş, İran İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İran İslam Respublikasının talış şəhərində qeydiyyatda olan və yaşayan X10 Yashar Farahahbakhsh oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Cənub Ərazi Baş Gömrük idarəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bolbol X4 15 avqust 2023-cü il tarixdə saat 21:00 radələrində “DongFeng” markalı 29AA469/29AA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasında yerləşən “AL PLAYTERA” şirkətindən İran İslam Respublikasına müşayət edən 09 avqust 2023-cü il tarixli 3162 nömrəli invoys ilə “Meşə materialları yükü” apararkən, həmin yükə gömrük yoxlanması zamanı Əsaslı yoxlama zamanı nəqliyyat vasitasinin gosqusunda olan isare goyulmus yerdən mal müsayiət sənədlərində göstərilməyən gömrük organına bəyən olunmayan spirtli ickilər askar edilmisdir. Sonra hamin spirtli ickilarə baxılmıs,sayılmis və Azərbaycan Respublikası markal aksiz markası ilə markalanmamış üzərlərində "КАЗАНСКАЯ ПРЕСТИЖНАЯ ВОДКА" yazısı olan 3 (üc) adad 0.5 litrlik spirt icki, üzərlərində "İBEX WHİSKY "yazısı olan 2 (iki) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VOLODİNKA VODKA PREMİUM" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VODKA ЦАРСКАЯ" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "NİKİTA CORN VODKA" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "ДЕРБЕНТ" yazısı olan 1(bir) ədəd 0,5 litirlik konyak, üzərində "GARDUS BLACK VODKA" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərlərində "BALTİKA 9" yazısı olan 2(iki) ədəd 0,45 litrlik pivə, üzərində "СУЛАКСКОЕ"yazısı olan 1(bir) ədəd 1,42 litirlik pivə, üzərində "ДЛЯ ДРУЗЕЙ" yazısı olan 1 (bir) ədəd 1 litirlik pivə aşkar edilmişdir ki, bununla da Bolbol X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş gömrük qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 29 avqust il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Bolbol X4 izahatında göstərdi ki, 15 avqust 2023-cü il tarixdə saat 21:00 radələrində “DongFeng” markalı 29AA469/29AA470 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasında yerləşən “AL PLAYTERA” şirkətindən İran İslam Respublikasına müşayət edən 09 avqust 2023-cü il tarixli 3162 nömrəli invoys ilə “Meşə materialları yükü” aparmışdır ki, həmin yükə gömrük yoxlanması zamanı üzərlərində "КАЗАНСКАЯ ПРЕСТИЖНАЯ ВОДКА" yazısı olan 3 (üc) adad 0.5 litrlik spirt icki, üzərlərində "İBEX WHİSKY "yazısı olan 2 (iki) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VOLODİNKA VODKA PREMİUM" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VODKA ЦАРСКАЯ" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "NİKİTA CORN VODKA" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "ДЕРБЕНТ" yazısı olan 1(bir) ədəd 0,5 litirlik konyak, üzərində "GARDUS BLACK VODKA" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərlərində "BALTİKA 9" yazısı olan 2(iki) ədəd 0,45 litrlik pivə, üzərində "СУЛАКСКОЕ"yazısı olan 1(bir) ədəd 1,42 litirlik pivə, üzərində "ДЛЯ ДРУЗЕЙ" yazısı olan 1 (bir) ədəd 1 litirlik pivə aşkar edilmiş, həmin predmetlər araşdırma ilə əlaqədar götürülmüşdür. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə protokol üzrə həmin maddənin sanksiyasında nəzərdə tutlmuş müsadirə tənbehinin tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bolbol X2 qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Bolbol X1 aşkar edilərək götürülmüş üzərlərində "КАЗАНСКАЯ ПРЕСТИЖНАЯ ВОДКА" yazısı olan 3 (üc) adad 0.5 litrlik spirt icki, üzərlərində "İBEX WHİSKY "yazısı olan 2 (iki) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VOLODİNKA VODKA PREMİUM" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VODKA ЦАРСКАЯ" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "NİKİTA CORN VODKA" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "ДЕРБЕНТ" yazısı olan 1(bir) ədəd 0,5 litirlik konyak, üzərində "GARDUS BLACK VODKA" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərlərində "BALTİKA 9" yazısı olan 2(iki) ədəd 0,45 litrlik pivə, üzərində "СУЛАКСКОЕ"yazısı olan 1(bir) ədəd 1,42 litirlik pivə, üzərində "ДЛЯ ДРУЗЕЙ" yazısı olan 1 (bir) ədəd 1 litirlik pivə gömrük postunun anbarına müvəqqəti saxlanca verilmişdir. İş materiallarında olan 15 avqust 2023-cü il tarixli19/799 №-li ekspertiza rəyindən görünür ki, Bolbol X1 aşkar edilərək götürülmüş, üzərlərində "КАЗАНСКАЯ ПРЕСТИЖНАЯ ВОДКА" yazısı olan 3 (üc) adad 0.5 litrlik spirt icki, üzərlərində "İBEX WHİSKY "yazısı olan 2 (iki) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VOLODİNKA VODKA PREMİUM" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VODKA ЦАРСКАЯ" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "NİKİTA CORN VODKA" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "ДЕРБЕНТ" yazısı olan 1(bir) ədəd 0,5 litirlik konyak, üzərində "GARDUS BLACK VODKA" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərlərində "BALTİKA 9" yazısı olan 2(iki) ədəd 0,45 litrlik pivə, üzərində "СУЛАКСКОЕ"yazısı olan 1(bir) ədəd 1,42 litirlik pivə, üzərində "ДЛЯ ДРУЗЕЙ" yazısı olan 1 (bir) ədəd 1 litirlik pivə dəyəri 216 (iki yüz on altı) manat 30 (otuz) qəpik təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bolbol X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bolbol X3 inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə predmeti olan əşyaların müsadirə edilməsini tətbiq edilən tənbehin islah təsiri baxımından yetərli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bolbol X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinib inzibati xətanın predmeti olan və Astara Gömrük postunun inzibati binasında yerləşən anbarda saxlanılan Bolbol X1 aşkar edilərək götürülmüş, üzərlərində "КАЗАНСКАЯ ПРЕСТИЖНАЯ ВОДКА" yazısı olan 3 (üc) adad 0.5 litrlik spirt icki, üzərlərində "İBEX WHİSKY "yazısı olan 2 (iki) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VOLODİNKA VODKA PREMİUM" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "VODKA ЦАРСКАЯ" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "NİKİTA CORN VODKA" yazısı olan 1 (bir) ədəd 0,7 litirlik spirtli icki, üzərində "ДЕРБЕНТ" yazısı olan 1(bir) ədəd 0,5 litirlik konyak, üzərində "GARDUS BLACK VODKA" vazısı olan 1(bir) ədəd 0,7 litirlik spirtli icki, üzərlərində "BALTİKA 9" yazısı olan 2(iki) ədəd 0,45 litrlik pivə, üzərində "СУЛАКСКОЕ"yazısı olan 1(bir) ədəd 1,42 litirlik pivə, üzərində "ДЛЯ ДРУЗЕЙ" yazısı olan 1 (bir) ədəd 1 litirlik pivə dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-756/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-756/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver