Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-759/2025 08.12.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həsənzadə Rəfiqə Azər qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16 oktyabr 2025ci il tarixli, EQ 31494077 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli, EQ 31494077 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-nin mülkiyyətində olan ** AD *** dövlət qeydiyyat nömrə nişanlı, Mercedes markalı yük avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 17:26 radələrində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı İstiqamətində yerləşən elektron tərəzidən keçərkən beşoxlu avtonəqliyyat vasitəsinin çəkisinin 44760 kq qeydə alındığı və çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2 maddəsinə əsasən 600 AZN məbləğində cərimə edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, sözügedən avtomobil X2 39.590 kg çəki ilə yolda düşmüşdür. Qeyd etdiyi çəki ilə idarə etdiyi **-AD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yol xəritəyə uyğun olaraq irəlləyərkən Bakı Astara yolunda quraşdırılan bir neçə elektron tərəzidən da keçmişdir və barəsində heç bir cərimə tətbiq edilməmişdir. Bu hal tərəzilərin göstəricilərinin uyğunsuzluğunu aşkara çıxarır. Bildirmək istəyir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək, barəsində tərtib edilmiş 16 oktyabr 2025-ci il tarixli, EQ 31494077 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə tərəfindən inzibati qərarın tərtib edilməsinə əsas olan inzibati xəta hadisəsini özündə əks etdiriən foto və videogörüntülərin təqdim edilməsi barədə sorğu verilsə də, sorğuya cavab verilməmiş, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Portaldan çıxarışdan görünür ki, X3 ** AD *** dövlət qeydiyyat nömrə nişanlı, Mercedes markalı yük avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 17:26-da Bakı şəhəri, Qaradaş rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Fotoşəkillərdən görünür ki, X3 ** AD *** dövlət qeydiyyat nömrə nişanlı, Mercedes markalı yük avtomobili ilə xx.xx.2025-ci il tarixdə saat 17:26-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində çəki limiti 40000 olduğu halda 44760 kq çəki ilə qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli Kəntarçı Xırdalan tərəzi qəbzindən görünür ki, X3 ** AD *** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə giriş çəkisi 39590, çıxış çəkisi 17390 göstəricisi kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə şikayətin araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-AD-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili ilə X1 16 oktyabr 2025-ci il tarixdə Salyan rayonu ərazisində çəki parametrlərini aşmaqla yük daşımasının aşkar edilib-edilməməsi barədə Astara rayon Məhkəməsinə məlumat verilməsi tələb edilsə də, Azərbaycan Yolüstü Nəqliyyat Agentliyə sorğuya cavab verməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, **-AD-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilinin hərəkət trayektoriyası Bakı-Ələt magistral yolu olmuş və sözügedən yolda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr quraşdırılmışdır, sözügedən xəta həmin xüsusi texniki vasitələr ilə də müəyyən edilməli idi. Lakin, məhkəmə araşdırması zamanı səlahiyyətli qurum tərəfindən hər hansı əlavə sənəd məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli EQ 31494077 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16 oktyabr 2025-ci il tarixli EQ 31494077 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-759/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-759/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver