Məhkəmə qərarları › İş №3(018)-76/2025

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-76/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-76/2025 22.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən 22 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X10 RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Davud Ağazadə ilə birlikdə xidmətdə olduğu zaman adı sonradan məlum olan Astara rayon Ərçivan qəsəbə sakini Şəxs tanışları ilə birlikdə sərxoş vəziyyətdə küçədə ünvansız nalayiq ifadələr işlətmişlər. Həmin zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, etdikləri hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah edərək onları Astara RPŞ-nə dəvət etmişlər. Beləliklə, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ailəsi ilə birgə yasayır. xx.xx.2025-ci il tarixində saat 23 radələrində Astara şəhəri ərazisində X2, Şəxs, X6 və Şəxs ilə birlikdə sərxoş vəziyyətdə küçədə ünvansız ifadələr işlətmişlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, etdikləri hərəkətin inzibati xəta olmasını izah edərək, Astara RPŞ-nə dəvət etdilər. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəciyini bildirmiş, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Astara rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərtib olunmuş protokolun mahiyyəti üzrə ifadə verərək şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində xidmətdə olduğu zaman adları sonradan məlum olan Astara rayon Ərçivan qəsəbə sakinləri X2, Şəxs, X6 və Şəxs sərxoş vəziyyətdə küçədə ünvansız nalayiq ifadələr işlədirdilər. Həmin zaman onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onları Astara RPŞ-nə dəvət etmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, polis şöbəsinin nümayəndəsinin, şahidin izahatlarını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan 22 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ünvansız nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 izahatından görünür ki, Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Vüsal Rəsulovla birlikdə xidmətdə olduğu zaman adları sonradan məlum olan Astara rayon Ərçivan qəsəbə sakinləri X2, Şəxs, X6 və Şəxs sərxoş vəziyyətdə küçədə ünvansız nalayiq ifadələr işlətmişlər. Həmin zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, etdiyi hərəkətlərin inzibati qayda pozuntusu olduğunu izah edərək sonuncunu Astara RPŞ-nə dəvət etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs “Antiterror əməliyyatlarında” iştirak etməsi, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmiş, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar