Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-761/2024 12.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X30 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs- X6 iştirakı ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X6 X19 Xidmətinin Lənkəran X18 rəisi X8 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X1 Əmək Müfəttişliyi Xidmətinin Lənkəran X18 rəisi X8 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X14 bildirdi ki, Astara rayon X5 17 aprel 2024-cü il tarixdə onun haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci madəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul etmişdir. Həmin qərarı o, qanunsuz və əsassız hesab etdiyı üçün Astara rayon Məhkəməsinə şikayət edib qərarın ləğv edilməsini tələb etmişdir. Lakin Astara rayon Məhkəməsi 20 may 2024-cü il tarixdə həmin qərara baxaraq şikayətin təmin edilməməsi barədə qərar vermişdir. Həmin qərarlada razı olmadığı üçün həmin qərardan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib, Astara rayon Məhkəməsinə qaytarmışdır. Astara rayon Məhkəməsi 05 iyul 2024 cü il tarixdə həmin şikayətə baxaraq şikayətin icraata götürülməsindən imtina etmişdir. Astara rayon Prokurorluğu onun məhkəməyə şikayət etdiyini bildiyi halda, şikayətini nəticəsini gözləmədən qərarı icra etməkdən ötrü Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Lənkəran Astara regional İdarəsinə göndərmişdir. Həmin qərara baxılması ilə bağlı müzakirədə iştirak etməkdən ötrü ona məlumat verilmişdir. Bununla əlaqədar olaraq həmin qərardan şikayət verdiyini və hal-hazırda işin Şirvan Apellyasiya Məhkəməsinin icraatında olduğunu bildirərək, müzakirənin təxirə salınmasını və məhkəmə qərarının gözlənilməsini xahiş etmişdir. Lakin X15 Lənkəran - Astara Regional İdarəsi onun vəsatətini nəzərə almadan qanunsuz olaraq onun iştirakını təmin etmədən onu vəzifəli şəxs kimi 4000 (dörd min) manat cərimə olunması barədə qərar vermişdir. Astara rayon Prokurorunun qərarın nəticə hissəsində qeyd olunur ki, Fiziki şəxs X14 (FİN4ADDJZA) xx.xx.1961 ci il tarixdə-doğulmuş) Azərbaycan Respublikası, Astara rayonu Kijəbə qəsəbəsində qeyddiyyatda olan və yaşayan barəsində Azərbaycan Respublikası İXM nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilsin. Prokurorun qərarının bu hissəsinə əməl edilməmiş, heç kim ona hüquq və vəzifələrini izah etməmişdir. Qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran X22 göndərilsin. Qərarda göstərilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslər X13, X9 və X4 2023cü ilin dekabr ayında Astara rayonu Kijəbə qəsəbəsində öz şəxsi təsərrüfatında işlərin (xidmətlərin) yerinə yetirilmasina calb edərək Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş əmək qanunvericiliyinin pozulması inzibati xətasun törətmişdir. Bu məsələ ilə bağlı prokurorluqda izahat vermişdir ki, 2023-cü ilin noyabr ayının 17-də X13 ilə şifahi razılığa gəlmiş, Eyvazov Valid həyətyanı sahəsində olan ağacları budamış və buna görə ona 600 manat zəhmət haqqı vermişdir. Onu işçi kimi işə götürməmişdir ki, onunla əmək müqaviləsi bağlasın. X32 fərdi qaydada bütün kənd sakinlərinin və hətta digər şəxslərin həyətyanı sahələrində ağac budamaq ilə məşğul olur. Bununlada o, fərdi sahibkarlıqla məşğuldur. Nə prokororluq, nədəki X25 bu xüsusatı arşdırmamışdır. Halbuki bu xüsusat işin halli üçün vacibdir. Onu işə götürmək üçün o, Eyvazov Valid ərizə ilə müraciət etməli idi. Lakin aralarında belə bir razılaşma olmamışdır. Digər iki şəxslə heç bir danışıq aparmamışdır və onları öz həyətinə çağırmamışdır. Həmin şəxsləri fəhlə kimi onun həyətinə Valid Eyvazov özünə kömək etmək üçün gətirmişdir. Onların puluda Valid Eyvazov tərəfindən veriləcəkdir. X23 həyətində dörd gün işləmiş və sonradan işi yarımçıq qoyub getmişdir. Onların aralarında işəgötürən, işçi münasibətləri olmamışdır. Prokurorluqda onun verdiyi izahat təhrif olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran Astara regional Şöbəsi onu fərdi sahibkar kimi nəzərə almışdır. Onu vəzifəli şəxs kimi cəzalandırmışdır. Görülən işlərin onun sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Valid Eyvazov onun şəxsi həyətində işləmişdir ki, bu da onun sahibkarlıq fəaliyyətilə bağlı deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 5.1 ci maddəsində qeyd edilir ki. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dərəcəyə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qrumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların analayışı verilmişdir. Həmin maddənin 1-ci bəndində qeyd olunur ki, Müəssisə mülkiyyətçinin təşkilati hüquqi formasından, adında və fəaliyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filalı, nümayəndəliyi başa düşülür. Göründüyü kimi Valid Eyvazov müəsissədə deyil onun fərdi bağında işləmişdir ki, buda onunla arasında əmək müqaviləsinin olmasını zəruri etmir. Həmin maddənin 2-ci bəndində İşçi dedikdə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs başa düşülür. Valid Eyvazov onunla işçi kimi hər hansı bir saziş imzalamamışdır və onu işçi kimi qəbul etməmişdir. Eyvazov Validla onun bağında budama aparması üçün razılığa gəlmişdir. Bu da onun günəmuzd işləməsinə dəlalət edir. Həmin maddənin 3-cü bəndində qeyd olunur ki, İşəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İnzibati Xətalar Məcəlləsinin 75 ci maddəsində sübut edilməli hallar sadalanmışdır. Hakim və ya inzibati xətaya baxan orqan və ya vəzifəli şəxs həmin halların olub olmamasını müəyyən etməlidir. Bu inzibati iş üzrə, inzibati xətanın olub-olmaması müəyyən edilməli idi. Lakin prokuror işi araşdırarkən həmin halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran - Astara regional Şöbəsidə həmin halları araşdırmamış, ancaq prokurorun qərarını rəhbər tutaraq onu vəzifəli şəxs kimi 4000 (dörd min) manat cərimə etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran X18 05. 06. 2024-cü il tarixli MN ******* saylı qərarından Astara rayon Məhkəməsinə şikayət vermişdim. Astara rayon Məhkəməsi 04. 07.2024-cü il tarixdə həmin şikayətə baxaraq şikayət qismən təmin edilmiş, X15 xx.xx.2024 cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək iş yenidən araşdırılmaq üçün X25 Xidmətinin Lənkəran regional ərazi şöbəsinə göndərilmişdir. Həmin qərardan narazı olan X25 Xidmətinin Lənkəran regional ərazi şöbəsi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi həmin şikayətə 30 iyul 2024 cü il tarixdə baxaraq, apellyasiya şikayətinin təmin olunmaması haqqında qərar qəbul etmişdir. İşə yenidən baxan xidmət əməkdaşları məhkəmənin verdiyi göstərişləri yerinə yetirməmiş, araşdırma səthi şəkildə aparılmış, işin onun sahibkarlıq fəaliyyətilə bağlı olduğu ona sübut edilməmişdir. O öz həyatyanı sahəsində kimisə işlətmişdirsə bunun onun sahibkarlıq fəaliyyətimə heç bir aidiyatı yoxdur. O, 15 avqust 2004 -cũ il tarixdə Vergidə uçota alınmış, fəaliyyət göstərdiyi sahə "Pərakəndə ticarətdir". Fəaliyyət növü pərakəndə ticarətdir. O Valid Eyvazovu mağazasında işlətməmişdir, o, onun fərdi təsərrüfatında işləmişdir ki, bununda onun sahinkarlıq fəaliyyətilə heç bir əlaqəsi yoxdur. Xidmətin əməkdaşları ona qarşı qərəzli mövqe tutaraq hətta cərimənin məbləğini 100 manatda artıraraq 4100 manat müəyyən etmişlər. Bunun özüdə xidmət əməkdaşlarının ona qarşı qərəzli mövqe tutduqlarını bir daha sübut edir. Xidmət Əməkdaşları Eyvazov Validin sahibkarlıq fəaliyyəti ilə məşğul olub olmaması müəyyən etməmişlər. Baxmayaraq ki, Valid Eyvazov kıənd təsərrüfatı sahəsində 2016-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur və onun bildiyinə görə onun ********** saylı VÖEN-i vardır və o, onunla həmin işlərin görülməsi üçün müqavilə bağlamalı idi. Digər iki nəfərdə onun işçiləri olub və o, onlarla əmək müqaviləsi bağlamalı idi. Prokurorluq bu xüsusatı araşdırmamış, X19də məhkəmənin göstərişinə baxmayaraq yenə də bu məsələni araşdırmamışdır. Valid Eyvazovun vergi orqanlarında uçota durub durmamağı barədə Vergi orqanlarına sorğu göndərilməsini xahiş edir. Çünki Vergi orqanları bu barədə ona məlumat vermirlər. Onu başqa cür alıb məhkəməyə təqdim edə bilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində qeyd edilir ki, İnzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə. digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, inzibatı xəta haqqında protokolla, bu Məccəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanun barəsində inzibati iş üzrə icraat aparılan şəxsin vermiş olduğu izahatı sübut hesab edir və işin həlli zamanı həmin izahatı sübut kimi qiymətləndirməyi tələb edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran Astara regional Şöbəsi onun qərarın müzkirəsində iştirakını təmin etmiş, onun izahatını almış və onun tərəfindən təqdim olunacaq sənədləri sübut kimi qiymətləndirməmiş və araşdırmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində qeyd olunur ki, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3 cü naddəsində qeyd olunur ki, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti Lənkəran Astara regional Şöbəsi qanunun bu tələblərini pozaraq sübutetmə vəzifəsini onun üzərinə qoymuş və sübut olunmayan halları onun əleyhinə istifadə etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti X2 21 avqust 2024-cü il tarixli MN № ******* saylı Qərarı qanunsuz və əsassız olduğundan həmin qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti X3 və X10 lazımi qaydada məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş, həmçinin işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X19 Xidməti X2 nümayəndəsinin və X6 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş X19 Xidməti X2 rəisi X16 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X14 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli 56C-24 nömrəli protokola baxılaraq işəgötürən X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X7, X11 və X4 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(018)-572/2024 saylı qərardadı ilə X6 Astara rayon Prokurorunun 17 aprel 2024-cü il tarixli qərarından vermiş olduğu şikayətin icraata götürülməsindən imtina olunmuşdur. xx.xx.2024-cü il tarixli elektron sorğu vərəqəsindən görünür ki, X10 xx.xx.2004-cü il tarixdə əsas fəaliyyət növündə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X12 dinləyib, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar hüquqi qüvvədə saxlanılaraq şikayəti təmin edilməməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz (İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsi). İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən– tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Həmin Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi–işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir; qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilənləri nəzərə alaraq, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən fiziki şəxs X6 şikayətinin təmin edilmədən X14 barəsində X19 Xidməti X2 rəisi X8 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-133 və 134-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: X6 şikayəti təmin edilməsin. X14 barəsində X19 Xidməti X2 rəisi X8 qəbul etdiyi inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-761/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-761/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver