Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-763/2025 06.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə xx.xx.1968-ci il tarixdə Astara rayonu, Balaca Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN (xxxxxxx), subay, orta təhsilli, kənd təsərrüfatı ilə məşğul olan, Astara rayonu, Balaca Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmiş, 30 oktyabr 2025-ci il tarixdə isə iş materialları protokol ilə birlikdə qərar verilməsi üçün həmin idarə tərəfindən Astara rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, 01 oktyabr 2025-ci il tarixdə saat 07 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayonu, Şahağacı kəndi ərazisində xidmətdə olduqları zaman adları onlara sonradan məlum olan X3, X1 və Şəxs ümumilikdə 28 ədəd müxtəlif növ çöl quşunu qanunsuz olaraq övladıqlarını aşkarlayaraq sonuncuları polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Astara rayonu Balaca Şahağacı kəndində yaşayır. 01 oktyabr 2025-ci il tarixdə saat 07 radələrində Astara rayonu, Balaca Şahağacı kəndində ov etmiş və 3 ədəd çöl quşu övlamışdır. Astara RPŞ-nin əməkdaşları qanunsuz ov ilə məşqul olduğuna görə barəsində protokol tərtib etmişlər. Əməlindən peşmandır. Kənd təsərrüfatı ilə məşğul olur, maddi vəziyyəti yaxşı deyil. Cərimə olunacağı təqdirdə ödəməyə imkanı çatmayacaqdır. Bütün bunları nəzərə alaraq barəsində ov hüququnun məhdudlaşdırılması cəzasının verilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, 01 oktyabr 2025-ci il tarixdə saat 07 radələrində Şəxs qanunsuz olaraq 3 ədəd çöl quşu övladığı aşkar edilmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, Şəxs və digərləri çöl quşları ovlamışlar. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən həmin məcəllənin 272- 1-ci maddəsi üzrə işlərin aidiyyatı rayon və şəhər məhkəmələrinə aiddir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları və onun səmimi ifadələri əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 272-1-ci maddəsinə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ov hüququnun müəyyən müddətə məhdudlaşdırma növündə tənbeh tədbiri tətbiq edildiyi halda cəzanın məqsədlərinə nail olmaq olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-763/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-763/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver