Məhkəmə qərarları › İş №3(018)-766/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-766/2024

06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-766/2024 06.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X4 oğlunun katibliyi ilə, Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs xx xxxxx 1989-cu ildə Astara rayonun, Burzubənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Astara rayonun, Burzubənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs Astara RPŞ-da polis işçisinin ictimai qaydanı mühavizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, 05 sentyabr 2024-cü il tarixdə, saat 22:20 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayonun Kijəbə qəsəbəsində xidmətdə olan zaman Astara rayonun, Burzubənd kənd sakini Şəxs idarə etdiyi Ford Transit markalı ** BD *** dövlət qeydiyyat nişanlı olan avtomobili saxlayıb onun yük yerinə baxış keçirən zaman, avtomobilin yük yerində “Budaqlı Dayana” bitkisinin kəsilərək yığılması aşkar edilmişdir. Daha sonra Şəxs izahatının alınmasından ötrü Astara RPŞ-ya dəvət olunmuş, şöbəyə dəvət olunmasına etiraz edərək, ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə intizamsızlıq göstərərək, polisin qanuni tələbinə riayət etməmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Baş vermiş idarəçilik qaydaları əleyhinə olan inzibati xəta hadisəsi ilə bağlı Şəxs ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 06 sentyabr 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmiş,həmin protokol və ona əlavə edilmiş digər rəsmi sənədlər baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 vermiş olduğu izahatında göstərdi ki, 05 sentyabr 2024-cü il tarixdə, saat 22:20 radələrində Astara RPŞ-nin əməkdaşları Astara rayonun Kijəbə qəsəbəsində xidmətdə olan zaman Astara rayonun, Burzubənd kənd sakini Şəxs idarə etdiyi Ford Transit markalı ** BD *** dövlət qeydiyyat nişanlı olan avtomobili saxlayıb onun yük yerinə baxış keçirən zaman, avtomobilin yük yerində “Budaqlı Dayana” bitkisinin kəsilərək yığılması aşkar edilmişdir. Daha sonra Şəxs izahatının alınmasından ötrü Astara RPŞ-ya dəvət olunmuş, şöbəyə dəvət olunmasına etiraz edərək, ucadan ünvanlı-ünvansız nalayiq ifadələr işlətməklə intizamsızlıq göstərmişdir. Şəxs nizam-intizama dəvət etməsinə baxmayaraq o, daha da aqressivləşərək polisin ünvanına qeyri-etik ifadələr işlətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, 05 sentyabr 2024-cü il tarixdə, saat 22:20 radələrində idarə etdiyi Ford Transit markalı ** BD *** dövlət qeydiyyat nişanlı olan avtomobili ilə qırmızı kitaba daxil edilən “Budaqlı Dayana” bitkisini daşıyan zaman polis əməkdaşları onu Astara rayonun, Kijəbə qəsəbəsində saxlamışlar. Avtomobilə onun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı avtomobilində “Budaqlı Dayana” bitkisini aşkar etmişlər. Daha sonra izahatını alınmasından ötrü Astara RPŞ-yə dəvət olunmuşdur. Şöbəyə dəvət olunmasına etirazını bildirib özündən asılı olmayaraq əsəbləşib səs-küy etməyə başlamışdır. Həmin zaman polis əməkdaşları etdiyi hərəkətin inzibati xəta olmasını bildirərək onu nizam intizama dəvət etsələr də həmin vaxt əsəbi olduğundan onlara qarşı tabesizlik göstərmişdir. Daha sonra etdiyi hərəkətdən peşman olmuşdur. Bir daha bu kimi hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X3 tərəfindən polis şöbəsinin rəisinə ünvanlanmış raportun məzmunundan görünür ki, Şəxs 05 sentyabr 2024-cü il tarixdə, saat 22:20 radələrində Astara rayonun, Kijəbə qəsəbəsində polis əməkdaşlarına qarşı kobudluq etmiş, polis əməkdaşlarının onu nizam intizama dəvət etməsinə məhəl qoymayaraq qanunazidd əməllərinə davam etdiyinə görə şöbə rəhbərliyinə raportla müraciət olunmuşdur. Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədəmüvafiq bilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 05 sentyabr 2024-cü il tarixli 160 saylı protokoldan görünür ki, Şəxs 05 sentyabr 2024-cü il tarixdə saat 22:20-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. Şəxs barəsində olan inzibati həbsin müddəti 05 sentyabr 2024-cü il tarixdən, saat 22:20-dən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsn. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar